Ailə üzvləri ingilis dilində

Bu dərsdə ingilis dilində ailə üzvləri mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, ingilis dilində ailə üzvləri və qohum adlarını tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq təkrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını ingilis dilində deyin.
3. Şərhçinin ingilis dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

İngilis dilində ailə üzvləri

Bu məqalədə ingilis dilində ailə üzvlərinin adlarına diqqət yetirilir. Bildiyimiz sözləri xatırlayacağıq və uzaq qohumları ingilis dilində necə çağıracağımızı öyrənəcəyik.

Əmini (uncle) topuqla (ankle), bibini (aunt) qarışqa (ant) ilə qarışdırmamaq üçün sözlərin tələffüzünə diqqət yetirməyi unutmayın.

"Relatives" - dedikdə ingilis dilində bütün qohumlar nəzərdə tutulur, lakin, əgər siz yalnız valideynləri nəzərdə tutursunuzsa o zaman "parents" işlətməyiniz daha düzgün olar. Valideynlərdən birini nəzərdə tutursunuzsa (kimin olduğu vacib deyilsə), "parent" sözündən istifadə edin.

Bəzən ingilis dilində qohum mənasında "relation" sözündən də istifadə edirlər. Lakin, bu söz daha çox formal mənada işlədilir nəinki, "relatives"
"Blood relative" (və ya "blood relation") - Qan qohumluğu (nigahdan sonra əldə olunan qohumlar bu kateqoriyaya daxil deyil)
"Immediate family" - Ən yaxın ailə üzvləri (Ata/ana, bacı/qardaş)
"Distant relatives" - Uzaq qohumlar.

Azərbaycan dilində ər və ya arvad tərəfdən hər bir ailə üzvünün öz adı var. İngilis dili bu baxımdan daha asandır: ər və ya arvad tərəfindəki bütün qohumlara ingilis dilində eyni ad verilir, yalnız "in-law" sözləri əlavə olunur. Misal üçün:
qayınana - mother in-law
qayın - brother in-law və s.
Ər və ya arvadın ailə üzvlərini ingilis dilində cəm halında "in-laws" kimi adlandırılır. Yəni "in-laws" dedikdə siz həyat yoldaşınızın bütün ailə üzvlərini nəzərdə tutursunuz.

Ailə üzvləri ingilis dilində

Ailə üzvləri ingilis dilində

İngilis dilində "grandparents" dedikdə, ana və atanın valideynləri, başa düşülür. Fərdi olaraq, nənə - "grandmother", baba isə - "grandfather" olacaq. Nəvələr də, eyni ilə "grandchildren" dedikdə ümumilikdə bütün nəvələr cəm olaraq başa düşülür, fərdi olaraq, qız nəvəsi - "granddaughter", oğlan nəvə isə - "grandson" olacaq. Qeyd edək ki, "grand" sözönüdəki [d] səsi çox vaxt tələffüz olunmur.
"Great-grandparents" dedikdə, ulu baba və ulu nənə başa düşülür. Nəticə isə ingilis dilində "great-grandchildren", müvafiq olaraq oğlan nəticə "great-grandson", qız nəticə isə "great-granddaughter" olacaq. Kötücə isə, "great-great-grandchildren", müvafiq olaraq oğlan kötücə "great-great-grandson", qız kötücə isə "great-great-granddaughter" olacaq. Beləliklə şəcərənin hər pilləsinə great sözü artırılaraq daha yuxarı və ya aşağı nəsil qohumları adlandırmaq mümkündür. Düzdür, ingilis dilində ailə üzvlərinin və qohumların adlarının bu formada deyilişinə rast gəlinsə də, tələffüz etmək olduqca qəribə və çətindir. Lakin, ingilis dilində əcdadların ifadəsinin başqa bir yolu da vardır. "Great" sözönünü dəfələrlə təkrar etmək əvəzinə "times" sözünü işlədirik:
"five-times-great-grandparents" və ya "five-greats grandparents"
"four-times-great-grandmother" və ya "four-greats grandmother".

"Ancestors" sözü 3 nəsildən yuxarı olan qohumları bildirmək üçün istifadə edilir. Azərbaycan dilinə "əcdadlar" kimi tərcümə olunur. Buna görə də, şəxsin kim olduğunu dəqiqləşdirməyə ehtiyac olmadıqda, onu sadəcə olaraq "ancestors" adlandıra bilərsiniz.

Azərbaycan dilində "bacı" sözü var, və "qardaş" sözü var. Lakin, bu iki sözü ümumilikdə ifadə edən söz yoxdur. İngilis dilində isə belə bir söz var: "sibling" - qardaş və ya bacı.
Cəm halında isə "siblings" dedikdə qardaş və bacılar birlikdə nəzərdə tutulur:
"my sibling" - mənim bacım/qardaşım
"They are siblings." - Onlar bacı qardaşdırlar.

Əgər uşaqların 1 ortaq valideyni olarsa, o zaman ingiliscə onlar bir birilərinə "half-brother" və ya"half-sister" deyirlər.

İngiliscə ailə üzvlərinin yazılış və tələffüzü.

[ ˈfæməli ] Ailə
[ ˈfɑːðər ] Ata
[ ˈmʌðər ] Ana
[ ˈbrʌðər ] Qardaş
[ ˈsɪstər ] Bacı
[ sʌn ] Oğul
[ ˈdɔːtər ] Qız
[ ˈpeə.rənt ] Valideyn
[ ˈɡrænfɑːðər ] Baba
[ ˈɡrænmʌðər ] Nənə
[ ˈhʌzbənd ] Ər
[ waɪf ] Arvad
[ ˈʌŋkl ] Dayı, əmi
[ ɑːnt ] Xala, bibi
[ ˈkʌzn ] Kuzen
[ tʃaɪld ] Uşaq
[ ˈtʃɪl.drən ] Uşaqlar
[ twɪnz ] Əkizlər

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.