İngiliscə anatomiya

Bu dərsdə ingilis dilində anatomiya mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, ingilis dilində anatomiya mövzusuna aid sözləri tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq təkrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını ingilis dilində deyin.
3. Şərhçinin ingilis dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

İnsan anatomiyası ingilis dilində

Bu məqalədə İnsan anatomiyası ingilis dilində mövzusunu davam etdirəcəyik. Keçən dərsimizdə biz İnsan anatomiyası I hissə adlı dərsimizdə insan anatomiyasına dair bir neçə söz öyrəndik. Əlbəttə, biz insan anatomiyasını ingilis dilində tam həkim və ya alim səviyyəsində öyrənmək niyyətində deyilik. Bizim məqsədimiz insan anatomiyası mövzusunda ingilis dilində əsas, fundamental sözləri öyrənmək, bədən quruluşumuzu, orqanlarımızı, bədən üzvlərimizi ingilis dilində ifadə etməyi öyrənməkdir. Anatomiya mövzusunda ingilis dilində sözlər əlbəttə gündəlik danışıqda mütəmadi istifadə olunduğundan bu mövzunu, eyni zamanda İngilis dilində bədən üzvləri mövzusunu da bilməlisiniz.

İngilis dilli insanlar çox nadir hallarda qarın əzələlərinə "abdominal muscles" deyərlər. Əlbəttə bu əsasən anatomiya kitablarında, xəstə ilə həkimin dialoqunda və ya universitetdə dərsdə tibbi terminologiya kimi işlədilə bilər. Lakin, ingilislər qarın əzələlərinə Sadəcə olaraq "abs" deyirlər. Məsələn:
"Eldar had washboard abs"
"Eldarın yuma taxtası kimi qarnı var."
Əlbəttə bu olduğu kimi tərcümədir. İngilislərin paltar yumaq üçün istifadə etdikləri taxta lövhə bir növ məşq edilmiş insan qarın əzələlərini xatırlatdığı üçün bu deyimdə də idmanla məşqul olaraq qarın əzələlərini inkişaf etdirərək müəyyən relyef əldə edən insanların qarnına bu cür deyirlər.

Eyni zamanda qeyri-rəsmi danışıqda söhbət qarın əzələsindən gedərsə siz həmçinin "six-pack" ifadəsini də eşidə bilərsiniz:
"I dream of six-pack abs"
"Mən altı ədədli bağlamalı bir qarnımın olması arzusundayam."
Bəli nə qədər gülməli səslənsə də məşq edilmiş insan qarnı bir növ yuxarıdan baxdıqda içərisində 6 ədəd banka olan pivə və digər içkilkərin bağlamasına (paçkasına) bənzəyir. Bu səbəbdən də ingilis dilli insanlar məşq edilmiş relyefli qarın əzələlərinə "six-pack abs" də deyə bilərlər.

İngiliscə anatomiya

İnsan anatomiyası ingilis dilində

Onu da qeyd edim ki, ingilis dilində anatomiya mövzusunda aid keçdiyimiz bu dərs ilə yanaşı bu tematikadan olan digər dərslərimiz ingiliscə insan orqanları dərsini də öyrənməyiniz məsləhətdir.

Anatomiya mövzusunda ingilis dilində deyim və atalar sözləri

"be out of (one's) skull" - kəlləsindən çıxmaq. (Narkotik və ya alkoqoldan güclü sərxoş olmaq, xüsusən də huşsuzluq, özünü idarə edə bilməyəcək qədər.)

"have a thick skull" - qalın kəlləli olmaq (Ağılsız, axmaq və ya xüsusilə yavaş öyrənən olmaq. (Azərbaycanca analoqu: - Taxtabaş))

"cut-throat" - boğaz kəsən (Amansız, Rəqabət mühiti güclü olan)

"be flat-footed" - düz ayaqlı olmaq (Hazırlıqsız olmaq və ya yavaş reaksiya vermək mənasında. (Azərbaycanca analoqu: - Astagəl olmaq))
"That goal was my fault, guys. I was flat-footed on the play."
"O qol mənim günahımdı, uşaqlar. Oyunda astagəl idim.

"jaw-dropping" - çənə düşücü (Heyranedici, heyrətləndirici mənasında. (Azərbaycanca analoqu: - Ağzı açıq qalmaq))
"His IQ test results was jaw-dropping."
"Onun məntiq testinin nəticələri heyranedici idi.

"to chin" - çənələmək (Boş söhbət etmək, çənələmək mənasında.)

İngiliscə insan anatomiyasına dair sözlərin yazılış və tələffüzü.

[ ˈæbdəmən ] Qarın boşluğu
[ ˈpjuːpl̩ ] Göz bəbəyi
[ ˈɑːtəri ] Arteriya
[ blʌd ˌsɜːkjʊˈleɪʃn̩ ] Qan dövranı
[ skʌl ] Kəllə sümüyü
[ ˈbrɒŋkəs ] Bronxlar
[ θrəʊt ] Boğaz
[ bʌst ] Döş
[ kɑːf ] Baldır
[ ˈflætfʊt ] Düz ayaqlılıq
[ ˈtʃiːkbəʊn ] Almacıq sümüyü
[ dʒɑː ] Çənə
[ tʃɪn ] Çənə
[ kɔːps ] Cəsəd
[ ˈdɪmpl̩ ] Zənəxdan
[ frɪndʒ ] Tel
[ ɡʌm ] Diş əti
[ məʊl ] Xal
[ ˈneɪvl̩ ] Göbək
[ pɑːm ] Ovuc
[ səˈlaɪvə ] Ağız suyu
[ əˈpendɪks ] Apendisit
[ seks ] Cinsiyyət
[ θaɪ ] Bud
[ ˈjuː.vjə.lə ] Dilçək
[ ˈvɜːtɪbrə ] Fəqərə
[ ˈnɪp.l̩ ] Döşün giləsi
[ ˈniː.kæp ] Diz qapağı
[ ˈrɪŋ.kl̩ ] Qırış
[ ˈæŋkl̩ ] Topuq

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.