Aptekdə ingiliscə

Bu dərsdə aptekdə ingiliscə mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, Aptek mövzusuna dair ingiliscə sözləri tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq təkrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını ingilis dilində deyin.
3. Şərhçinin ingilis dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

Aptek mövzusunda ingiliscə sözlər

Hər birimiz ən azı bir dəfə də olsa aptekə baş çəkmişik. Beləliklə, bu gün biz də aptekləri virtual olaraq ziyarət edəcəyik. Əczaçı ilə aptekdə ingiliscə ünsiyyət qurmaq üçün lazım olan söz və ifadələri öyrənəcəyik. Hazır olun, bu məqalə Aptek mövzusuna dair ingiliscə sözlər mövzusunda mümkün qədər məlumatlı və faydalı olacaq.

Heç birimiz aptekə getməməkdən sığortalanmamışıq. Xəstəlik səyahət zamanı xüsusilə xoşagəlməz olur. Boğaz ağrısı və ya allergiya üçün dərmanı aptekdə ingiliscə necə istəyə bilərsiniz? Sizin üçün aptek mövzusuna dair ingiliscə sözlər mövzusunda ən populyar ifadələrdən və sözlərdən ibarət bir məqalə hazırladıq. Bu sözləri öyrəndikdən sonra siz aptekdə olarkən ingiliscə sərbəst olaraq sizə lazım olan dərmanları istəyə bilərsiniz.

Aptek mövzusuna dair ingiliscə sözlər

Aptekdə ingiliscə

İlkin olaraq sizi ingilisdilli ölkələrdə "Aptek" sözünün bir neçə işlənmə variantları ilə taniş etmək istərdik. Beləki, "Aptek" sözü bir neçə fərqli sözlə ifadə oluna bilər: "a pharmacy", "a chemist’s" və ya "drugstore". Bəs bunlar arasındakı fərq nədir? "Drugstore" əsasən Amerikada istifadə olunur, "a pharmacy", "a chemist’s" sözlərini isə Britaniyada istifadə etmək daha məqbuldur. Olduğunuz yerdən asılı olaraq bu və ya digər variantı istifadə edin və unutmayın ki, "a pharmacy" variantını istənilən yerdə istifadə edə bilərsiniz.

Əvvəllər "drug" sözü yalnız ABŞ və Kanadada dərman sözü ilə yanaşı eyni zamanda narkotik mənasında da istifadə edilirdi. İndi "drugstore" sözü dumanlı Albion sakinləri tərəfindən də istifadə olunur. Bu gün bu terminlər arasında bir sıra başqa fərqlər də vardır. Beləki, Əksər hallarda, "pharmacy" və "chemist’s" aptekləri dərmanları yalnız həkim resepti ilə verir, "drugstore"-da isə resept olmayan dərmanlar, hətta kosmetika, şəxsi qulluq məhsulları və s. məhsulları da ala bilərsiniz.

Aptek mövzusuna dair ingiliscə sözlər dediyimiz kimi səyahət zamanı və ya hər hansı bir digər səbəbdən xaricdə olsanız sizə lazım ola bilər. Əksər hallarda xəstəliklərimizi və onların müalicəsi üçün hansı dərmanların alınması lazım olduğunu biz artıq bilirik. Ancaq lazım olan dərmanlar tükənə bilər və ya çantanıza qoymağı unuda bilərsiniz. Əczaçıya tam olaraq nəyə ehtiyacınız olduğunu aptekdə ingiliscə izah etmək üçün Aptek mövzusuna dair ingilis dilində sözləri bilməlisiniz.

Çox vaxt əyləncəli bir tətil yaralanmalara da səbəb ola bilər, məsələn, xizək sürən zaman əzələ dartılması və ya restoranda ekzotik bir yeməyi yeyərkən qida zəhərlənməsi ola bilər və s. Belə hallarda vəziyyətə tez reaksiya vermək, lazımi tədbirləri görmək və ya yoldaşına kömək etmək lazımdır. Bu səbədən aptekə getməli ola bilərsiniz və aydın məsələdir ki, aptekdə ingiliscə danışmaq məcburiyyəti ortaya çıxacaqdır. Buna görə səyahətə çıxarkən Aptek mövzusuna dair ingiliscə sözlər əzbərləyin.

Aptek mövzusuna dair sözlərin ingilis dilində yazılış və tələffüzü.

[ ˈfɑː.mə.si ] Aptek
[ eɪk ] Ağrı
[ ˌdaɪ.əɡˈnəʊ.sɪs ] Diaqnoz
[ θəˈmɒm.ɪ.tər ] Termometr
[ krʌtʃɪz ] Qastil
[ hɔt ˈwɔːtə ˈbɒtl ] Qrelka
[ ˈmʌs.təd ˈplɑː.stər ] Xardal plasteri
[ ˈbændɪdʒ ] Bint
[ ˈmedsn ] Dərman
[ ˈpeɪnˌkɪl.ər ] Ağrıkəsici
[ pɪl ] Həb
[ sɪˈrɪndʒ ] Şpris

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.