Avtomobil hissələri ingiliscə

Bu dərsdə ingilis dilində avtomobil hissələri mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, ingilis dilində avtomobil hissələri adlarını tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq təkrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını ingilis dilində deyin.
3. Şərhçinin ingilis dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

Avtomobil ehtiyyat hissələri ingilis dilində

Bu məqalədə avtomobil hissələri ingiliscə mövzusundan danışacağıq. Gec-tez dörd təkərli dostu olan hər kəs bu mövzu ilə tanış olmalıdır. Və bu gün ən qabaqcıllarınız bunu ingilis dilində özləri üçün kəşf edə biləcəklər. Beləliklə, bugünkü mövzumuz "Avtomobil hissələri ingiliscə"-dir. Unutmayın ki, Amerika və Britaniya ingiliscəsində bəzi sözlər fərqlidir. Avtomobilin ingilis dilində ifadəsi Britan və Amerikan ingilis dillərində fərqlənir, beləki, "car" sözünü siz ingilislərdən, "automobile" sözünü isə amerikalılardan eşidə bilərsiniz.

Onu da qeyd etməliyik ki, Avtomobil hissələrinin adlarını əksər insanlar nəinki ingilis dilində, hətta ana dilində bilmir. Buna görə də, avtomobil ehtiyyat hissələrinin ingilis dilində mövzusunu mənimsəyərək həm azərbaycan dilində, həm də ingilis dilində avtomobil ehtiyyat hissələrinə dair söz ehtiyatınızı əhəmiyyətli dərəcədə artıracaqsınız.

Bəlkə də biz maşınla xaricə səyahət etməyə hələ öyrəşməmişik, amma fakt ondan ibarətdir ki, hətta özlərini ingilis dilinin mahir bilicisi hesab edənlər - nəinki hansısa bir restoranda nahar sifariş etməyi, və ya siyasətdən danışmağı bacaranlar, bəzən zərurət yarandıqda usta yanına gedərək maşının başına gələnləri mexanikə izah etməyi və ya avtomobil ehtiyat hissələri mağazasında hansı ehtiyyat hissəni alacağını sərbəst söyləməyi bacarmalıdırlar. Bu məqalədəki söz və ifadələrdən ibarət söz lüğəti, Avtomobil ehtiyyat hissələrinin ingilis dilində aparılan söhbət və ünsiyyətlərdə sizə faydalı olacağını düşünürük.

Avtomobil ehtiyyat hissələri ingilis dilində

Avtomobil ehtiyyat hissələri ingilis dilində

Bu lüğətin məqsədi ingilis dilinin əsaslarını bilən insanların avtomobil hissələri ingiliscə mövzularında ünsiyyət qurmasına kömək etməkdir. Ən çox yayılmış ifadələrlə tanış olaq:

"Fender" ingilis dilindən tərcümədə avtomobilin qanadı (крыло) deməkdir. "Fender" sözü ilə maraqlı bir ifadə vardır:
Fender-bender - Bu ifadəni avtomobilə kiçik qəza vaxtı dəyən ziyanın az olmasını və ya əhəmiyyətsiz dərəcədə ziyan dəyməsini ifadə etmək üçün işlədilir (to bend - əymək deməkdir).

İngilis dilində avtomobilin nömrəsinə (Dövlət qeydiyyat nişanına) rəsmi olaraq "vehicle registration number" deyirlər. Danışıq dilində isə bu cür uzun uzadı işlətmirlər, sadəcə olaraq: (registration number), (plate number), (licence plate number) və ya (licence plate) deyirlər.

Siz "license" və ya "licence" sözlərinə rast gələ bilərsiniz. Amerikan ingilis dilisindən başqa bütün ingilis dili variantlarında "licence" sözü isim, "license" sözü isə feldir. Amerikan ingiliscəsində "licence" sözündən istifadə edilmir. "License" sözü isə həm isim, həm də fel kimi işlədilə bilər.

Bir çox avtomobil sürücülərinin sevmədiyi, hətta onları əsəbləşdirən sərnişinlər olur. Yəqinki maşın sürənlər kimlərdən söhbət getdiyini yəqin edə bildilər. Bəli, bu həmən o sərnişinlərdir ki, sürücünün yanında və ya arxasında əyləşib sürücüyə maşın idarə etməkdə məsləhətlər görürlər. Məsələn: "Burdan sür", "Sağdan gir", "Niyə bu yola girdin?" və s. Belə sərnişinlərlə əlaqəli ingilis dilində çox gözəl bir ifadə vardır: "back seat driver". "Back seat" - arxa oturacaq deməkdir. Olduğu kimi tərcümə etsək "back seat driver" - arxa oturacaq sürücüsü kimi tərcümə olunur. Çox gözəl bir ifadədir, yadınızda saxlayın.

Avtomobil ehtiyyat hissələrinin ingilis dilində tərcüməsi, yazılışı və tələffüzü.

[ kɑː(r) ] Maşın
[ wiːl ] Təkər
[ stɪərɪŋ wiːl ] Sükan
[ breɪk ] Əyləc
[ trʌŋk ] Baqaj
[ ˈbætri ] Akummulyator
[ ˈbʌm.pər ] Bamper
[ ˈpɪl.ər ] Stoyka
[ ɡrɪl ] Barmaqlıq
[ ˈhed.laɪt ] Fara
[ ˈteɪl.laɪt ] Arxa işıq
[ ˈdæʃ.bɔːd] Panel
[ spiːd ] Sürət
[ hʊd ] Kapot
[ ˈsʌn.ruːf ] Lyuk
[ ˈfjuːəl ] Yanacaq
[ ˈendʒɪn ] Mühərrik
[ trænzˈmɪʃ.ən ] Sürət qutusu
[ ɪɡˈzɔːst paɪp ] Tüstü borusu
[ səˈspen.ʃən ] Amartizator
[ ˈwɪnd.ʃiːld ] Ön şüşə

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.