Ayaqqabı çeşidləri ingiliscə

Bu dərsdə ingilis dilində ayaqqabı mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, ingilis dilində ayaqqabı adlarını və növlərini tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq təkrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını ingilis dilində deyin.
3. Şərhçinin ingilis dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

Oksfordlar, derbilər və chelsea: İngilis dilində ayaqqabı adları

Bu dərsdə ingilis dilində ayaqqabı adlarına diqqət yetirilir. Bildiyimiz sözləri xatırlayacağıq və müxtəlif çeşiddə olan ayaqqabıları ingilis dilində necə adlandıracağımızı öyrənəcəyik.

Yəqinki bir çoxunuza "shoe" (ayaqqabı) və cəm halda "shoes" (ayaqqabılar) sözü məlumdur. Ayaq geyimləri qarderobumuzun əsas hissələrindən biri olmaqla ingilis dilində "footwear " adlanır, yəni, ayağımıza geyinilən istənilən şey, istər ayaqqabı olsun istərsə də corab, kolqotka, getri və s. - hamısı "footwear " adlanır. Bu dərsimizdə biz yalnız ingiliscə ayaqqabılar mövzusunu araşdıracağıq.

Bu gün ayaqqabılar yalnız gündəlik qarderob əşyası deyil, eyni zamanda əsl bir dəb aksessuarıdır. İngilislər həmişə moda aləmində öz tonlarını müəyyənləşdiriblər və ayaqqabı sənayesi də istisna deyil.

Ayaqqabının ingilis dilində "shoe" kimi tərcümə olunması çoxlarına məlumdur. Ancaq ayaqqabıların müxtəlif növlərinin ingilis dilində necə düzgün adlandırılacağını bilirsinizmi? Məsələn, rezin çəkmələr və ya uzunboğaz ayaqqabılar? Bu məqalədən ingilis dilində idman ayaqqabısının, çəkmələrin, balet ayaqqabılarının, şəp-şəplərin və digər ayaqqabı növünün adlarını öyrənəcəksiniz.

Ayaqqabılar ingilis dilində

Ayaqqabı çeşidləri ingilis dilində

İngilislər üçün ayaqqabının önəmi

İngilislər məşhur moda xadimləridir, onlar üçün ayaqqabılar yalnız gündəlik qarderob əşyası deyil, özünü ifadə etmək üçün bir üsuldur. İngiltərə sakinləri keyfiyyət, rahatlıq və üsluba üstünlük verirlər. Onların sayəsində bütün dünya qarderobun ayrılmaz hissəsinə çevrilmiş rahat və keyfiyyətli gündəlik geyinilən çəkmələrə (boots) aşiq oldu. Əlbətdəki söhbət oksford (oxfords) çəkmələrindən gedir. Əvvəllər Şotlandiyadakı Balmoral qalasının şərəfinə "balmolar" adlandırılırdı, sərt və rəsmi ayaqqabı sayılırdılar. Gündəlik ayaqqabı kimi müasir Oxfordlar demək olar ki, hər kəsə uyğundur - həm kişilərə, həm də qadınlara.

Eyni zamanda ingilislər dünyaya çelsi (chelsea boots) adlı çəkmələr də bəxş ediblər. Bu çəkmələr yumru burun, qısa və ipsiz çəkmələrdir. Viktoriyan dövründə bu çəkmələr qadın çaparlar tərəfindən geyinilirdi. Daha sonra isə at yarışlarında kişi iştirakçıları tərəfindən də geyinilməyə başlanıldı. The Beatles qrupunun üzvləri bu ayaqqabıları çox sevirdilər, hər zaman geyinirdilər və onları təqlid etməyə çalışan fanatları da chelsea geyirdilər. Bu gün, bu model müasir şəhər geyim tərzinə (smart casual) çevrilmişdir.

İngiliscə ayaqqabı çeşidlərinin yazılış və tələffüzü.

[ ʃuːz ] Ayyaqqabı
[ buːts ] Çəkmə
[ haɪ hiːlz ] Hündürdaban
[ ˈsniː.kərz ] Krasovka
[ flæts ] Makasin
[ ˈsæn.dəlz ] Sandal
[ slɪŋbæk ] Basanojka
[ flɪp flɒps ] Şəpşəp
[ ˈwel.ɪŋ.tənz ] Rezin çəkmə
[ ˈslɪp.ərz ] Başmaq

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.