Dəniz heyvanları ingiliscə

Bu dərsdə ingilis dilində dəniz heyvanları mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, ingilis dilində dəniz heyvanlarının adlarını tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq təkrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını ingilis dilində deyin.
3. Şərhçinin ingilis dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

İngilis dilində dəniz heyvanları

Bu dərsimizdə ingilis dilində dəniz heyvanlarının adlarından danışacağıq. Keçən dərslərimizin birində biz quruda yaşayan ev heyvanları, və həmçinin vəhşi heyvanlar mövzularını öyrəndik. İndi isə ingilis dilində dəniz heyvanlarının adlarını öyrənək.

İngilis dilini öyrənərkən suda yaşayan heyvanların adlarını bilmək son dərəcə vacibdir. İngilis dilində suda yaşayan heyvanlara "sea animals", "marine animals", "underwater animals" və ya "water animals" adlandırılır. "Aquatic" termini işlətdikdə isə həm duzlu həm də şirin suda yaşayan heyvanlar nəzərdə tutulur. İngilis dilində həm suda, həm də sudan kənarda yaşaya bilən heyvanlara isə "Amphibians" və ya "Amphibious animals" adlandırılır.

İngilis dilindən istifadə edərək müəyyən bir dəniz heyvanını necə təsvir edə biləcəyinizi heç düşündünüzmü, və belə bir anda doğru və lazımlı sözü tapmaqda çətinlik çəkdinizmi? Əgər belədirsə, o zaman dəniz heyvanlarının adlarını öyrənmək, mövcud söz ehtiyatınıza əlavə etməklə yanaşı, bu heyvanlardan bəhs edərkən sizin də söhbətə aktiv qoşulmaq üçün əla bir yoldur. Balıqların, dəniz məməlilərinin adlarını öyrənmək istəsəniz və ya bəlkə də köpək balığı kimi bir dəniz heyvanı haqqında danışmaq istəsəniz, bu dərs bütün vacib dəniz heyvanlarının adlarını ingilis dilində öyrənməyi və yadda saxlamağınıza kömək edəcək.

Dəniz heyvanlarının görünüşünə və davranışlarına görə təsnif edilə biləcəyini bilirdinizmi? Mollusklar onurğasız su heyvanları qrupudur, yəni onurğası yoxdur. Kalmar, oktapot, mürekkepbalığı, dəniz ilbizi, şlak, tarak və s. mollusklardır. Mollusklara ingilis dilində "Molluscs" deyilir. Digər təsnifat qrupuna xərçəngkimilər daxildir. Xərçəngkimilər, sərt bir qabığa malik olan su heyvanları qrupudur. Bu qrupa yengeç, lobsters, xərçəng və s. daxildir. Bir çox xərçəngkimilər okeandakı ölü canlılarla qidalanırlar. Ancaq bəzi xərçənglər və yengeçlər aktiv yırtıcılardır. Xərçəngkimilərə ingilis dilində "Crustaceans" deyilir.

İngilis dilində Dəniz heyvanları

İngilis dilində dəniz heyvanları

Dəniz heyvanları mövzusunda ingilis dilində deyim və atalar sözləri

"Fish begins to stink at the head." - Balıq başdan iy verməyə başlayır.

"As like as an apple to an oyster." - Alma dəniz ilbizinə oxşayan kimi oxşayır. (Tam fərqli, oxaşar olmayan iki fərqli şey mənasında.)

"It is a silly fish, that is caught twice with the same bait." - Eyni yemlə iki dəfə tutulan axmaq bir balıqdır. (Azərbaycanca analoqu: - Eşşək bir batdığı yerə bir də batmaz.)

İngiliscə dəniz heyvanlarının adlarının yazılış və tələffüzü.

[ fɪʃ ] Balıq
[ ʃɑːk ] Köpək balığı
[ weɪl ] Balina
[ ˈtɜː.tl̩ ] Tısbağa
[ kræb ] Yengəc
[ ˈdɒl.fɪn ] Delfin
[ ˈdʒel.i.fɪʃ ] Meduza
[ ˈɒk.tə.pəs ] Oktapod
[ skwɪd ] Kalmar
[ ˈɔɪ.stər ] Dəniz ilbizi
[ ˈkæv.i.ɑːr ] Kürü
[ ˈkɒr.əl ] Mərcan
[ ˈher.ɪŋ ] Siyənək
[ ˈkreɪ.fɪʃ ] Xərçəng
[ ˈsæm.ən ] Qızıl balıq
[ siː hɔːs ] Dəniz atı
[ ˈwɔːl.rəs ] Morj
[ siːl ] Suiti
[ siː ˈɜː.tʃɪn ] Dəniz kirpisi
[ ˈstɪŋ.reɪ ] Skat
[ ʃrɪmp ] Krivet
[ ˈstɜː.dʒən ] Nərə
[ traʊt ] Alabalıq

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.