İngilis dilində alətlər

Bu dərsdə ingilis dilində alətlər mövzusunda yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, ingilis dilində alətlərin adlarını tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq təkrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını ingilis dilində deyin.
3. Şərhçinin ingilis dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

Alətlərin ingilis dilində adı

Bugünkü mövzu güclü cinsin nümayəndələrinə daha yaxındır, çünki əksər hallarda alətlərlə məşğul olan kişilərdir. Bu onların zövqlə elədikləri bir məşğuliyyətfir. Hər bir adam tənzimlənən açarın nə olduğunu, və ya drelin nə işə yaradığını bilir. Bu səbəbdən ingilis dilində alətlər adlı məqalədə ingilis dilində alətlərin adları ilə bağlı mümkün qədər çox söz verməyə qərar verdim.

Yeri gəlmişkən, bu məqalə qızlar üçün də faydalı ola bilər. Söz ehtiyatınızı təkcə alış - veriş, makiyaj və yemək mövzusunda deyil, həm də alətlər, avtomobillər və idman mövzusunda genişləndirmək çox faydalı olardı.

Gündəlik həyatda hər hansı bir tanımadığımız aləti və ya hər hansı bir obyekti sadəcə olaraq "that thing" və ya "that stuff" (o şey) kimi ifadə etmək və eyni zamanda bir jest və mimika, pantomima ilə təsvir etmək olar, lakin buna baxmayaraq, bəzi faydalı şeyləri adları ilə bilmək lazımdır. Əmək alətləri isə çox faydalı şeylərdir.

Bu alətlərin çoxunu demək olar ki, hər kişinin dolabında və ya qarajında ​​tapmaq olar. Aşağıda ən çox yayılmış və istifadə olunan əmək alətlərinin ingilis dilində adları verilmişdir.

İngilis dilində alətlər

Əmək alətlərinin ingilis dilində adları

"Masking", "duct" və "scotch tape" arasındakı fərq nədir:
Masking tape - Boyama zamanı səthin lazım olmayan yerlərinin boyanmamsı üçün istifadə edilən lentdir.
Duct tape - Əsasən havalandırma sistemlərində qermetizasiya üçün istifadə edilən yapışqanlı lentdir. Bu lenti daha haralarda işlətmirlərki.
Scotch tape - İstifadə etdiyimiz adi bilinən skotç lentdir, yəni dəftərxana ləvazimatıdır.

Videoda da qeyd edildiyi kimi atvertka ingilis dilində - "screwdriver" deməkdir. Lakin, bildiyimiz kimi atvertkalar həm sadə, həm də fiqurlu olur. İngilis dilində fiqurlu atvertkalara onu icad edənin, yəni amerikan biznesmeni Henri Fillipsin şərəfinə- "Phillips screwdriver" adlandırılır.

Əmək alətlərinin ingilis dilində yazılış və tələffüzü.

[ tuːlz ] Alətlər
[ ˈhæmə(r) ] Çəkic
[ æks ] Balta
[ drɪl ] Burğu
[ sɔː ] Mişar
[ ˈhæk.sɔː ] Dəmirkəsən
[ sɔː hɔːs ] Kazyol
[ ˈlæd.ər ] Nərdivan
[ pleɪn ] Rəndə
[ ˈʃʌv.əl ] Kürək
[ həʊ ] Toxa
[ rentʃ ] Açar
[ ˈmʌŋ.ki rentʃ ] Ayarlanan açar
[ neɪl ] Mismar
[ skruː ] Şurup
[ ˈskruːˌdraɪ.vər ] Atvertka
[ ˈplaɪ.əz ] Kəlbətin
[ ˈsændˌpeɪ.pər ] Sumbat kağızı
[ ˈtuːl.bɒks ] Alət yeşiyi
[ ˈpʌt.i naɪf ] Şpatel
[ traʊəl ] Mala
[ ˈwiːlˌbær.əʊ ] Araba
[ vaɪs ] Məngənə

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.