İngilis dilində bədən üzvləri

Bu dərsdə ingilis dilində bədən üzvləri mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, İngilis dilində bədən üzvlərini tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq təkrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını ingilis dilində deyin.
3. Şərhçinin ingilis dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

İnsan bədəni üzvlərinin ingilis dilində tərcüməsi

Bu məqalədə ingilis dilində insan bədəni üzvlərinin adlarına diqqət yetirilir.

Əgər siz hələ də ingilis dilində satıcıya dizdən şort istədiyinizi, həkimə - diş ağrısı keçirdiyinizi, məşqçiyə - gözəl bir pressə sahib olmaq arzusunda olduğunuzu necə izah edəcəyinizi bilmirsinizsə, o zaman bu məqaləni oxuyun. Bu gün yalnız İngilis dilini deyil, həm də anatomiyaya girişi öyrənirik. Əlbəttə biz burada insan anatomiyasının ensiklopediyasını öyrənməyəcəyik. Biz sadəcə olaraq insan bədəni üzvlərinin ingilis dilində tərcüməsinə, və ümumi qəbul olunmuş hamı tərəfindən istifadə edilən və başa düşülən bədən üzvlərini ingilis dilində öyrənəcəyik.

Gündəlik söhbətdə nə qədər özünüzün və ya başqasının bədən üzvlərindən bəhs edirsiniz? Bir jurnalda və ya şəkildə bir insanın təsvirinə nə qədər rast gəlirsiniz? Əlbəttə dirsəyi necə tələffüz edəcəyinizi və ya gözün ingilis dilində necə yazılacağını bir dəfəyə yadda saxlamaq asan deyil. İngilis dilində bədən üzvləri mövzusu çox geniş mövzudur. Beləki, bu mövzu sadəcə bədən gövdəsini deyil, eyni zamanda əllərin, ayaqların, üz nahiyəsinin üzvlərini, hətta daxili orqanları da əhatə edir. Gördüyünüz kimi möv zu geniş olduğundan ingilis dilində insan orqanları mövzusunu ayrıca olaraq növbəti dərsdə keçəcəyik. Ümid edirik ki, xaricdə tətildə olarkən tibbi yardıma ehtiyac duyduğunuz bir vəziyyətə düşməzsiniz və həkimə nə baş verdiyini və "haranızın ağrıdığını" izah etmək sizə nəsib olmaz. Ancaq yenə də əgər bu cür arzuolunmaz hal baş verərsə, o zaman ingilis dilində bədən üzvləri mövzusunda məlumata sahib olmağınız sizin və ya dostunuzun həyatını xilas edə bilər.

Bu məqalədə insan bədəninin bütün hissələrinin ingilis dilində necə adlandırıldığını öyrənəcəksiniz. Bədən üzvlərini ingilis dilində bilməyiniz təkcə özünüzün və ya başqasının bədən üzvlərini ifadə etmək üçün deyil, eyni zamanda, məsələn, bərbərdə olarkən, həkimdə olarkən və s. hallarda da sizə gərəkəcəkdir.

İngilis dilindəki hər hansı bir sözü bir şeylə əlaqələndirsəniz o sözü yadda saxlamaq daha asan olacaq. Məsələn, "hear" (eşitmək) felinin ingilis dilində necə olacağını yadda saxlamaq üçün "ear" (qulaq) sözü ilə əlaqələndirirək xatırlamaq çox asandır. Eyni zamanda bu fel ilə "hair" (saç) sözünü də əlaqələndirərək yadda saxlaya bilərsiniz. Yeri gəlmişkən, ingilis dilindəki "hair" sözü bir çox mürəkkəb sözlərin tərkib hissədir. Məsələn ingilis dilində fen - "hairdryer", bərbər - "hairdresser", saç üçün lak isə - "hairspray" olacaq. Beləliklə, İngilis dilində "hair" sözünü bilməyiniz, onunla əlaqəli sözlərin tərcüməsi zamanı sizə heç bir çətinlik yaratmayacaq: sadəcə mənalarını intuitiv olaraq təxmin edə bilərsiniz.

İngilis dilində "hair" sözü sayılmayan isimdir və həmişə cəmdə istifadə edilir. Lakin, əgər siz saçdakı bir tükü ifadə etmək istəyirsinizsə o zaman "hair" sözünün qarşısında "a" artikli işlətməlisiniz: "a hair".

İngilis dilində bədən üzvləri

İngilis dilində bədən üzvləri

İngilis dilində bədən üzvlərinə aid faydalı sözlər və ifadələr.

Bir insanın görünüşü və bədəni ilə əlaqəli bir neçə ifadələrə baxaq:
"bags / dark circles" - meşok, çanta / tünd dairələr (göz altında (yorğunluqdan və ya irsi))
"cankle" (calf + ankle) - piylənmə ilə əlaqədar topuğun olmaması (topuq şişkinlikdən görsənmir. Baldırdan bir başa ayağa keçid.)
"chubby cheeks" - toppuş yanaqlar (adətən körpələr barəsində belə deyirlər)
"muffin top" - Şalvar və ya ətəyin bel hissəsindəki piy qatı ("muffin"-ə oxşadığı üçün belə adlandırılır.) Əgər siz "muffin"-nin nə olduğunu bilmirsinizsə o zaman Şam yeməyi ingiliscə dərsinə keçid edin.
"saddle bags" - qalife, yəhər çantaları (budda həddindən artıq yağ əmələ gəlməsi. Nasist alman ordusunun zabitlərinin şalvarlarına oxşadıldığı üçün bu cür adlandırılır.)

İngilis dilində bədən üzvlərinə aid frazeoloji birləşmələr.

"Face to face" - təklikdə, kənar adamlarsız (olduğu kimi tərcümədə: üz-üzə deməkdir)
"Head over heels in love" - dərindən aşiq olmaq (olduğu kimi tərcümədə: dabanlar üzərində baş)
"Lip service" - boş vədlər (olduğu kimi tərcümədə: dodaq xidməti)
"To be all ears" - diqqətlə qulaq asmaq (olduğu kimi tərcümədə: bütün qulaqlar olmaq)
"To give a hand" - kömək etmək (olduğu kimi tərcümədə: əl vermək (əl tutmaq mənasında))
"To have a finger in every pie" - burnunu hər işə soxan adam (olduğu kimi tərcümədə: hər tortda bir barmağı olmaq)
"To not put a foot wrong" - səhv etməmək (olduğu kimi tərcümədə: ayağını səhv qoymamaq)
"To turn a blind eye" - dırnaqarası baxmaq (olduğu kimi tərcümədə:kor olmaq (göz yummaq mənasında))

İngiliscə bədən üzvlərinin yazılış və tələffüzü.

[ ˈbɒdi ] Bədən
[ hed ] Baş
[ leɡ ] Ayaq
[ ˈæŋkl ] Topuq
[ tuːθ ] Diş
[ ɑːm ] Qol
[ tʌŋ ] Dil
[ bæk ] Kürək
[ təʊ ] Ayaq barmağı
[ ˈtəʊ.neɪl ] Ayaq dırnağı
[ bɪəd ] Saqqal
[ ˈfɪŋɡə(r) ] Barmaq
[ θʌm ] Baş barmaq
[ ˈɪndeks ˈfɪŋɡə(r) ] Şəhadət barmağı
[ ˈmɪdl ˈfɪŋɡə(r) ] Orta barmaq
[ rɪŋ ˈfɪŋɡə(r) ] Adsız barmaq
[ ˈlɪtl ˈfɪŋɡə(r) ] Çəçələ barmaq
[ ˈfɪŋɡə(r) neɪl ] Dırnaq
[ tʃiːk ] Yanaq
[ θaɪ ] Bud
[ tʃest ] Sinə
[ ˈstʌmək ] Mədə
[ ˈelbəʊ ] Dirsək
[ ˈʃəʊldə(r) ] Çiyin
[ aɪ ] Göz
[ ˈaɪ.braʊ ] Qaş
[ ˈaɪ.læʃ ] Kiprik
[ feɪs ] Üz
[ nəʊz ] Burun
[ fʊt ] Ayaq
[ nek ] Boyun
[ ˈfɒr.ɪd ] Alın
[ maʊθ ] Ağız
[ heə(r) ] Saç
[ mʊˈstɑːʃ ] Bığ
[ hænd ] Əl
[ lɪps ] Dodaq
[ hiːl ] Daban
[ niː ] Diz
[ tʃɪn ] Çənə
[ fɪst ] Yumruq
[ ɪə(r) ] Qulaq
[ ˈnɒs.trəl ] Burun deşiyi

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.