Marketdə ingiliscə

Bu dərsdə marketdə ingiliscə mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, market mövzusunda ingiliscə sözləri tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq təkrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını ingilis dilində deyin.
3. Şərhçinin ingilis dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

Market və dükanda ingilis dilində danışıq

Bu dərsimizdə biz marketdə və ya dükanda alış veriş zamanı ingilis dilində dialoq qurmağı, və marketdə ingiliscə istifadə ediləcək sözləri öyrənəcəyik.

İngiltərədə insanların çoxu böyük şəbəkə mağazalarında alış-verişə gedir. Bu cür şəbəkələrdə satıcılarla çox ünsiyyət qurulmasına ehtiyac olmur. Lakin, hər bir halda orada da, marketin genişliyində itməmək üçün İngilis dilini bilmək bizim üçün faydalı olacaqdır. İndi isə gəlin marketdə və dükanda alış veriş zamanı ingilis dilində məhsulların qruplaşdırıldığı bölmələrin adlarını öyrənək:
"Dairy section" - Süd məhsulları bölməsi
"Produce section" - Meyvə və tərəvəz bölməsi
"Frozen food" - Dondurulmuş məhsullar bölməsi
"Bakery" - Un məmulatları bölməsi
"Deli" - Hazır məhsullar bölməsi (pizza, sendviç, salat və s.)
"Ethnic foods section" - Etnik qidalar bölməsi. Bizim market və dükanlarda belə bir bölməyə rast gəlinmir. Çünki bizdə İngiltərə və ABŞ-da olduğu qədər immiqrant yoxdur. Ancaq oradakı mağazalarda, bu cür bölmələrdə, bu ölkədə çox olmayan, lakin mühacirlər arasında böyük tələbatı olan mallara rast gəlmək olar.

Böyük dükan və market şəbəkələrində özünə qulluq kassaları var. Ancaq bu, ingilis dilində heç söz öyrənməmək üçün bəhanə deyil. Gəlin marketdə ingiliscə danışarkən lazım ola biləcək sözləri öyrənək.

market, dükan mövzusunda ingilis dilində sözlər

Marketdə ingiliscə

Marketdə ingiliscə mövzusunda sözlərin yazılış və tələffüzü.

[ kɑːt ] Araba
[ skeɪlz ] Tərəzi
[ kæʃ ] Nağd pul
[ pɜːs ] Pul kisəsi
[ beɪkɪŋ ˈpaʊdə(r) ] Qabartma tozu
[ ˈʃʊɡə(r) ] Qənd
[ ˈkændi ] Konfet
[ səʊp ] Sabun
[ ˈlɪkwɪd səʊp ] Maye sabun
[ dɪˈtɜː.dʒənt ] Yuyucu vasitə
[ ˈlen.təl ] Mərci
[ ˈəʊt.miːl ] Yulaf
[ mɪlk ] Süd
[ ˈɪn.fənt ˈfɔːmjələ ] Körpə qarışığı
[ ˈdaɪ.pər ] Uşaq bezi
[ ʃæmˈpuː ] Şampun
[ kænd fuːd ] Konserv
[ dʒæm ] Cem
[ ˈreɪ.zənz ] Kİşmiş
[ spəˈɡet.i ] Spagetti

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.