Nəqliyyat vasitələri ingilis dilində

Bu dərsdə ingilis dilində nəqliyyat vasitələri mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, nəqliyyat vasitələrini ingilis dilində tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq təkrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını ingilis dilində deyin.
3. Şərhçinin ingilis dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

İngilis dilində əsas nəqliyyat növləri

Bu məqalədə nəqliyyat vasitələri ingilis dilində mövzusunu araşdıracağıq. Böyük Amerika yazıçısı Uilyam Burrouzun dediyi kimi: "Yaşamaq lazım deyil, ancaq səyahət etmək lazımdır". Səyahətin rahat olması üçün isə səyahət üçün əsas olan ingilis dilində əsas nəqliyyat növləri mövzusuna aid olan minimal da olsa söz lüğətinə sahib olmaq lazımdır. Bu ingilis dili dərsi gedişində biz yalnız "avtobus" və ya digər növ nəqliyyat vasitələrini ingilis dilində müzakirə etməklə yanaşı, həm də ingilis dilində nəqliyyat vasitələri ilə işlədilən felləri də nəzərdən keçirəcəyik. Nəqliyyat vasitələri ingilis dilində mövzusunda təqdim etdiyimiz bu kiçik "səyahətçi lüğətini" əzbərlədikdən sonra, harada olursunuzsa olun, asanlıqla "A" nöqtəsindən "B" nöqtəsinə gedə biləcəksiniz.

Ümumiyyətlə, ingilis dilində nəqliyyat növləri "means of transport" kimi səslənir. İndi isə ingilis dilində "qatar" sözünü necə işlətmək lazım olduğunu və ya dünyada hərəkət etmək üçün ingiliscə hansı nəqliyyat vasitələri istifadə edə biləcəyiniz haqqında daha ətraflı danışaq:

Nəqliyyat vasitələri ingilis dilində

İngilis dilində xəstəlik adları

İngiliscə nəqliyyat vasitəsi ilə hərəkət edərkən işlədilən fellər

Əlbəttə ki, ingilis dilində bu və ya digər nəqliyyat vasitənin adını bilmək lazımdır, ancaq onlarla işlədilən felləri də məharətlə və yerində işlətməlisən. Hamı bilir ki, "go" ingilis dilində getmək, uçmaq və ümumiyyətlə hərəkətin əsas mənasını ifadə edən feldir. Bununla yanaşı ingilis dilində nəqliyyat növünü təyin edərkən feldən sonra "by" sözönünü istifadə etməlisiniz: "go by ship", "go by plane", "go by car" və s. At sürmək və piyada (ayaqla) getmək ifadələri istisnadır. Bu halda "on" sözönü istifadə edilməlidir: "go on horse", "go on foot". İngiliscə nəqliyyat vasitəsi ilə hərəkət edərkən işlədilən "travel" feli sinonim fel kimi "go" felinin əvəzində işlədilə bilər. Bu ifadələrdə həmən sözönüləri ilə də istifadə edilə bilər.

Əgər hərəkət velosiped, motosikl və ya at üzərində baş verirsə o zaman, "ride" felindən istifadə etmək lazımdır: "ride a horse" "ride a bike", "ride a bicycle".

Sükan arxasında əyləşib avtomobili idarə edirsinizsə, o zaman, "drive" felindən istifadə etmək lazımdır: "to drive a car".

Təyyarə ilə səyahət etdikdə, "take off" - uçmaq, havalanmaq, "land" isə - düşmək, enmək mənasında işlədəcəksiniz.

Dənizdə hərəkət etdikdə isə, "sail" felindən istifadə edilir.

"Arrive" (çatmaq), "depart" (yola düşmək), "leave" (getmək, çıxmaq, yollanmaq) və "take" (hər hansı bir nəqliyyat növündən istifadə etmək, nə iləsə getmək) fellərini ingilis dilində istənilən nəqliyyat növləri ilə işlədə bilərsiniz:
The train arrives at 9 A.M. - Qatar səhər 9-da çatır.
The plane departed on time. - Təyyarə vaxtında yola düşdü.
We want to leave ASAP. - Biz mümkün olduğu qədər tez getmək (yollanmaq) istəyirik.
I don’t want to go on foot, let’s take a bus instead. - Piyada getmək istəmirəm, ondansa gəl avtobusla gedək.

Bir məqamı da nəzərinizə çatdırımki, ingilis dilində nəqliyyat vasitələrinə "minmək" və "düşmək" fərqli vəziyyətlərdə fərqli qaydada ifadə olunur. Beləki, ingilis dilində hər hansı bir nəqliyyat vasitəsinə minmək ifadəsində "get on", düşmək ifadəsində isə "get off" sözlərindən istifadə edilir. Lakin, maşın və ya taksi nəqliyyat növlərində "get on" ifadəsi əvəzinə "get in", "get off" ifadəsi əvəzinə isə "get out of" işlətməlisiniz:
Hurry up! Get in the car! - Tez ol! Otur maşına!
İf you have not money, then get out of the taxi. - Əgər pulun yoxdursa, o zaman, düş taksidən.

Və sonda sizi "take a ride" sözü kimi çox yayılmış bir ifadə ilə tanış etmək istəyirəm. Bu ifadə ingiliscə hansısa bir nəqliyyat vasitəsi ilə gəzmək (sadəcə olaraq gəzmək, konkret mənzil başına getmək deyil) mənasında istifadə edilir:
Let’s take a ride - Gəl gəzək (hər hansı bir nəqliyyat vasitəsi ilə).

İngiliscə nəqliyyat vasitələrinin yazılış və tələffüzü.

[ ˈtrænspɔːt ] Nəqliyyat
[ bʌs ] Avtobus
[ kɑː(r) ] Maşın
[ pleɪn ] Təyyarə
[ ˈhel.ɪˌkɒp.tər ] Helikopter
[ bəʊt ] Qayıq
[ ʃɪp ] Gəmi
[ ˈbaɪsɪkl ] Velosiped
[ ˈməʊtəsaɪkl ] Motosiklet
[ treɪn ] Qatar
[ ˈsʌb.weɪ ] Metro
[ træm ] Tramvay
[ ˈtrɒl.i.bʌs ] Trolleybus
[ trʌk ] Yük maşını

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.