Ofis ləvazimatları ingiliscə

Bu dərsdə ingilis dilində ofis ləvazimatları mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, ingilis dilində dəftərxana ləvazimatlarını tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq təkrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını ingilis dilində deyin.
3. Şərhçinin ingilis dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

Dəftərxana ləvazimatları

Xarici şirkətdə işləyirsinizsə və ya işləmək istəyirsinizsə, ofis ləvazimatlarının adlarını bilmək sizin üçün faydalı olar. Məsafədən işləyərkən belə, bəzən bu bilgiyə ehtiyacımız var, məsələn, noutbukun enerjisinin tükəndiyini söyləmək və ya evdən ofis ləvazimatlarından bir şey sifariş edərkən əlbətdə dəftərxana ləvazimatlarının ingilis dilində adları mütləq sizə məlum olmalıdır.

Məqaləmizdə ofis ləvazimatları ingiliscə ilə bağlı əsas söz və ifadələr topladıq.

İstənilən bir ofis üçün dəftərxana ləvazimatları lazımdır. Son zamanlar ofis işçiləri üçün ingilis dilini bilmək zəruri hala gəlmişdir. Buna görə də dəftərxana ləvazimatlarının ingilis dilində adlarını bilmək çox faydalı olacaq. Bu dərsimizdə ofis ləvazimatlarının ingiliscə siyahısı verilmişdir:

İngilis dilində xəstəlik adları

İngilis dilində xəstəlik adları

Elektron sənəd dövriyyəsi tədricən kağızı əvəz etsə də, əksər ofislərdə sənədlərin işlənməsi və saxlanması, işgüzar görüşlərin planlaşdırılması və keçirilməsi üçün dəftərxana ləvazimatları olmadan hələ də mümkün olmur.

Dəftərxana ləvazimatları ingilis dilində - "stationery" adlanır. Bu sayılmayan və cəmdə işlədilməyən isimdir. Bu sözlə yanaşı, "office supplies" ifadəsi də istifadə edilə bilər.

İngiliscə dəftərxana ləvazimatları adlarının yazılış və tələffüzü.

[ ˈbʊk.mɑːk ] Əlfəcin
[ ˈkæl.kjʊ.leɪ.tər ] Kalkulyator
[ ˈenvələʊp ] Zərf
[ ˈfəʊl.dər ] Qovluq
[ ɡluː ] Yapışqan
[ ˈsɪzəz ] Qayçı
[ ˈpeɪpə(r) ] Kağız
[ ˈnəʊt.bʊk ] Qeyd dəftəri
[ pʌn.tʃər ] Deşikaçan
[ ˈsteɪ.plər ] Kağıztikən
[ pɪn ] Sancaq
[ ˈmægnɪfaɪə ] Zərrəbin
[ ˈpeɪpə(r) klɪp ] Skrepka
[ felt tɪp pen ] Flomaster
[ ˈhaɪˌlaɪ.tər ] Marker
[ ˌbrʌʃ ] Fırça

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.