Qəlyanaltı ingiliscə

Bu dərsdə qəlyanaltı ingiliscə mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, qəlyanaltı ingiliscə mövzusuna aid sözləri tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq təkrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını ingilis dilində deyin.
3. Şərhçinin ingilis dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

Lunch nədir?

İlkin olaraq "Lunch nədir" sualını aydınlaşdıraq. "Lunch" sözü ingilis dilli ölkələrdə işlədilir, "luncheon" sözünün qısaltmasıdır və günorta vaxtı qəbul edilən qidanı bildirir. Azərbaycan dilində biz bu qida qəbulu vaxtını qəlyanaltı adlandıra bilərik. XVII əsrə qədər ingilis dilli ölkələrdə bu vaxt qəbul edilən qida "dinner" adlanırdı, və bugünkü gündə də İngiltərə və nisbətən də Kanada da hələdə bu vaxt qəbul edilən qida "dinner" adlandırılır. ABŞ-da da "dinner" sözü işlədilir, lakin, günortadan nisbətən sonra qəbul edilən qida nəzərdə tutulur. XIX əsrdən etibarən isə ümumiyyətlə axşam vaxtı qəbul edilən qidanı nəzərdə tutmağa başlayaraq, bununla da, axşam yeməyi olan "supper"-ı əvəzləmişdir. "Supper" isə öz növbəsində axşam yeməyindən sonra, hətta gecə yarısına qədər qəbul edilən qidanı bildirmək üçün işlədilməyə başlamışdır.

"Lunch" sözü ondan asılı olan anlayışların formalaşması üçün əsas oldu, məsələn:
"Lunch break" - işdə və məktəbdə nahar fasiləsi.
"Bag lunch " - içərisində sendviç, meyvə, şirniyyat və bişmiş un məlumatı olan standart bir Şimali Amerika paketi.
"Lunchbox" - içərisində sendviç, meyvə, şirniyyat və bişmiş un məlumatı olan standart bir Şimali Amerika paketi.
"Business lunch" - Restoran tərəfindən gündüz endirimlə və ya müəyyən sabit bir qiymətə verilən nahar dəsti.

Sovet məktəblərində "Lunch" sözü ümumiyyətlə İngilis dili proqramında yox idi. Nahar yeməyini bildirmək üçün "dinner" sözündən istifadə edilirdi. Müasir ingilis dilində isə "dinner" şam yeməyi mənasında işlədilir.

Qəlyanaltı ingiliscə

Qəlyanaltı ingiliscə

İngiliscə qəlyanaltı mövzusuna aid sözlərin yazılış və tələffüzü.

[ lʌntʃ ] Qəlyanaltı
[ bred ] Çörək
[ ˈbɪskɪt ] Biskvit
[ hɒt ˈtʃɒklət ] İsti şokolad
[ ˈbeɪ.ɡəl ] Simit
[ ˈsæn.wɪdʒ ] Buterbrot
[ hɒt dɒɡ ] Hotdoq
[ ˈmʌs.təd ] Xardal
[ ˌmeɪ.əˈneɪz ] Mayonez
[ ˈketʃ.ʌp ] Ketçup
[ fraɪz ] Fri (kartof)
[ bʌn ] Bulka
[ ˈkwæs.ɒ̃ ] Kruasan

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.