Supermarketdə ingilis dili

Bu dərsdə supermarketdə ingilis dili mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, supermarket mövzusunda ingiliscə sözləri tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq təkrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını ingilis dilində deyin.
3. Şərhçinin ingilis dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

Supermarketdə ingiliscə danışıq

Hər kəsə bəllidir ki, ingilis dilini öyrənməyin müxtəlif məqsədləri vardır. Kimsə iş yazışmalarını səlist aparmaq üçün, kimsə kitabları orijinaldan oxumaq üçün, kimsə sevdiyi qrupların tanınmış mahnılarını qulaq asarkən anlamaq üçün xarici dil öyrənir. Bütün bu hallarda birbaşa ünsiyyət bacarığına ehtiyac olmaya bilər. Lakin, əksər insanlar ingilis dilini məhz ünsiyyət qurmaq üçün öyrənir. Gündəlik məişət həyatında, xaricdə turist kimi səhayət edərkən və ya hər hansı bir xarici vətəndaşla rastlaşarkən əlbəttəki, gündəlik danışıq ingilis dilisini bilmək vacibdir. Belə vəziyyətlərdə gündəlik ünsiyyət bacarıqlarının formalaşması üçün ən vacib vasitə ingilis dilində müxtəlif dialoqların qurulması və ünsiyyətdir.

Bir universitetdə ingilis dili müəllimi, tələbələrini eyni ifadələri dəfələrlə təkrarlamağa məcbur edir: "Hazırlıqsız nitq yaxşı hazırlanmış nitqdir." Bu, ilk baxışdan paradoksal bir cümlə həqiqətən müəyyən praktik mənaya malikdir. Əgər siz xarici dildə danışırsınızsa, hər hansı bir spontan ünsiyyət vəziyyətində, fərqli mövzularda bir sıra yaxşı öyrənilmiş söz və ya söz birləşmələrinə sahib olmağınız vacibdir. Bu vəziyyətdə, hər cümlənin qurulmasında və cümlənin tərkibi barədə düşünməyəcəksiniz, ancaq bütün diqqətiniz danışdıqlarınızın mənasına yönəldiləcəkdir. Buna görə müəllim danışıq nitqini tətbiq edərkən yalnız müxtəlif mövzularda dialoqları oxumaq və tərcümə etmək deyil, həm də əzbərləmək tapşırığını verirdi.

Bir qayda olaraq, dialoqlar müəyyən mövzularda tərtib olunur. Ümumiyyətlə, ingilis dilini öyrənməyə yeni başlayanlar üçün ingilis dilindəki dialoqlar sadə ifadələri özündə cəmləşdirən tanışlıq dialoqudur: hava haqqında danışmaq (söhbəti davam etdirmək üçün universal bir vasitədir), kafedə söhbət, mağaza və supermarketdə dialoq, həftə sonu planları haqqında danışmaq və s.

Supermarket mövzusunda ingilis dilində sözlər

Supermarket mövzusunda ingilis dilində sözlər

Hər birimiz mütəmadi və ya gec-gec də olsa supermarketlərə gedirik. Bir şey almaq üçün ən azından onun adını ingilis dilində bilməlisiniz. Bir cümləni unutsanız da, heç olmasa satıcıya istədiyiniz məhsulun adını ingiliscə söyləyə, jestlərdən istifadə edib alış-veriş edə bilməlisiniz. Buna görə nə alacağınızı düşünün və bu sözlərin adlarını öyrənin.

Bundan əlavə olaraq, keçən dərslərimizin birində öyrəndiyimiz ingilis dilində rəqəmlər mövzusunu da təkrarlayın, çünki kassada nə qədər ödəməli olduğunuzu bilməlisiniz.

Supermarket mövzusunda ingiliscə sözlərin yazılış və tələffüzü.

[ ˈkʌstəmər ] Müştəri
[ kæʃ ˈredʒɪstər ] Kassa
[ ˈmʌni ] Pul
[ ˈwɒlɪt ] Pul qabı
[ bɪə(r) ] Pivə
[ tʃɪps ] Çips
[ keɪk ] Tort
[ ɡʌm ] Saqqız
[ ˈsəʊ.də ] Qazlı içkilər
[ ˈbʌk.wiːt ] Qarabaşaq
[ wiːt ] Buğda
[ aɪs kriːm ] Dondurma
[ sɔːlt ] Duz
[ jiːst ] Maya
[ ˈtʃɒklət ] Şokolad
[ ˈvɪn.ɪ.ɡər ] Sirkə
[ ɡiː ] Ərinmiş yağ
[ ˈɒl.ɪv ɔɪl ] Zeytun yağı
[ ˈflaʊə(r) ] Un
[ eɡ ] Yumurta

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.