Vəzifə adları ingiliscə

Bu dərsdə ingilis dilində vəzifə adları mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, ingilis dilində vəzifə adlarını tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq təkrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını ingilis dilində deyin.
3. Şərhçinin ingilis dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

İngilis dilində vəzifə adlarına dair öyrədici sözlər

İngilis dilində vəzifələrin adlarını bilmək olduqca faydalıdır. Kimləsə tanış olarkən kim olduğumuzu, peşəmizi və tutduğumuz vəzifədən danışırıq. Eyni şeyi həmsöhbətimizdən eşitmək istəyirik, çünki bu məlumat bizim üçün vacibdir. Vəzifə adları ingiliscə filmlərə baxarkən, ingilis dilində kitab oxuyanda, ingilis radiostansiyalarını dinləyəndə, iş axtararkən rastımız dəfələrlə çıxa bilər. Yəni ingilis dilində vəzifə adları gündəlik ictimai və məişət mözvularında geniş tətbiq edilir. İngilis dilini öyrənirsinizsə, ingilis dilli insanlarla ünsiyyət dil bilmə səviyyənizi inkişaf etdirmək üçün çox faydalı olacaqdır. Bu səbəbdən də yeni sözlər öyrənərkən əlbəttə onu həmsöhbətiniz ilə ingiliscə danışarkən istifadə etməyiniz məsləhətdir.

Müxtəlif sosial xidmət və şəbəkələr, Skype rabitəsi və s. indi çox populyardır. Şübhəsiz ki, istifadəçilərin profillərində vəzifələrinin nə olduğunu görə bilərik. Bu vəziyyətdə, vəzifə adını ingilis dilindən Azərbaycan dilinə çevirmək üçün lüğətdən də istifadə edə bilərsiniz, ancaq hər dəfə lüğətdə hər hansı bir sözü axtarmaqdansa, bu sözü bilmək daha yaxşıdır.

Bu dərsimizdə biz ingilis dilində ən çox yayılmış vəzifə adlarını siyahımıza daxil etmişik. Beləki, nə bu dərsimizdə nə dəki ingilis dilində peşə adları mövzusunda dair keçən dərsimizdə bütün vəzifə və peşə adları qeyd edilməyib.

Bu, həqiqətən zəruri bir mövzudur, çünki tanışlıq zamanı və ya özünüzdən danışarkən öz tutduğunuz vəzifəni xatırlatmadan söhbət etmək mümkün deyil. Yalnız vəzifənizin ingilis dilində necə səsləndiyini bilməklə yanaşı həmsöhbətinizin hansı vəzifəyə sahib olduğunu da anlamalısınız.

Vəzifə adları ingiliscə

Vəzifə adları ingiliscə

İngiliscə vəzifə adlarının yazılış və tələffüzü.

[ ˈlek.tʃər.ər ] Müəllim
[ flaɪt əˈten.dənt] Stüardessa
[ ˈdɑːnsə(r) ] Rəqqas (ə)
[ ˈlaɪf.ɡɑːd ] Xilasedici
[ əˈkaʊn.tənt ] Mühasib
[ məˈkæn.ɪk ] Mexanik
[ ˈflɒr.ɪst ] Çiçəkçi
[ ˈbɑː.bər ] Bərbər
[ ˈmaɪ.nər ] Mədənçi
[ ˈkliː.nər ] Xadimə
[ ˈfɑː.mə.sɪst ] Əczaçı
[ kæʃˈɪər ] Kassir
[ ˈdʒɜːnəlɪst ] Jurnalist
[ rɪˈpɔː.tər ] Müxbir
[ ˈmɒdl ] Model
[ ˌpɒləˈtɪʃn ] Siyasətçi
[ ˈseɪlə(r) ] Dənizçi
[ ˈteɪ.lər ] Dərzi
[ ˈpəʊst.mən ] Poçtalyon

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.