Xəstəxanada ingilis dilində

Bu dərsdə Xəstəxanada ingilis dilində mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, xəstəxana mövzusuna dair ingiliscə sözləri tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq təkrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını ingilis dilində deyin.
3. Şərhçinin ingilis dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

Xəstəxanada olarkən ingilis dilində işlədilən sözlər

Xəstəxanada olarkən ingilis dilində dialoqun necə aparılacağına dair sözlərin həyatınızda heç vaxt sizə gərəkli olmayacağını ümid edirik. Lakin, yenə də xəstəxanada olarkən ingilis dilində işlədilən sözləri öyrənməyə dəyər, çünki İngilis atalar sözündə deyilir: "better safe than sorry" (Təəsüflənməkdənsə sağ-salamat olmaq yaxşıdır).

Söz ehtiyatını genişləndirmək, qrammatik quruluşları möhkəmləndirmək və tələffüzü inkişaf etdirmək üçün ən yaxşı vasitə - heç bir şeylə əvəz olunmayan - canlı ünsiyyətdir. Eyni zamanda xəstəxanada ingilis dilində mövzusuna dair öz ingilis dilli dialoqlarınızı tərtib etmək və öyrənmək və həmsöhbətinizlə ingiliscə danışarkən istifadə etmək ən effektli məşğələlərdəndir. Bu cür İngilis dialoqları cüt-cüt oynanmalı, ikitərəfli tərcümə edilməli, tamamlanmalı, genişləndirilməli və yadda saxlanılmalıdır. İngilis dilində bu cür söhbətlər danışmağı, sözlərin tələffüzünü eşitməyə və yaddaşınızda həkk olmasına kömək edir ki, bu da ingilis dialoqlarından ingilis cümlələrini daha asan və daha sürətli tutmağa kömək edəcək. Həqiqətən, məsələn, xəstəxanada olarkən, ən uyğun olmayan anda lazım olan söz sadəcə yadınızda qalmaya bilər.

Bu dərsimizdə biz "xəstəxanada ingilis dilində" mövzusunda İngilis dilində yeni sözlər öyrənəcəyik. İngilis dilli bir ölkəyə işgüzar səfərə və ya tətilə gedərkən, ingilis dilində insan orqanları adlarını, və eyni zamanda ingilis dilində bədən üzvləri mövzularını da öyrənməyiniz məsləhətdir. Eyni zamanda ingilis dilində xəstəlik adlarını bilmək, xəstəliyinizin simptomlarını ingilis dilində ifadə etməyi bilməlisiniz. Bunun üçün yenə də ingilis dilində əvvəlcədən hazırladığınız dialoqlar və əlbətdəki xəstəxanada olarkən ingilis dilində işlədilən sözləri öyrənmək vacibdir.

Xəstəxana mövzusunda ingilis dilində sözlər

Xəstəxanada ingilis dilində

Həyatda hər şey olur və heç kim xəstəliklərdən 100 faiz sığortalanmayıb. Çox vaxt bədənimizdə hansısa bir ağrı və ya narahatçılıq hiss etdikdə və ya həkimlərdən arayış almalı olduğumuzda xəstəxanalara baş çəkirik.

Əlbəttə ki, hər şeyin qaydasında olduğundan əmin olmaq üçün sağlamlıqları ilə xüsusi maraqlanan və profilaktik məqsədlə mütəmadi olaraq xəstəxanaları ziyarət edən insanlar da var. Beləliklə, aşağıda xaricdə xəstəxanada və ya həkim randevusunda olarkən sizin üçün faydalı olacaq xəstəxanada ingilis dilində mövzusuna dair sözlər verilmişdir. Düşünürəm ki, bu, xəstəxanada olarkən ingilis dilində işlədilən sözləri və ifadələri öyrənməyi və xatırlamağı asanlaşdıracaq.

Bu ifadələri öyrənərək gələcəkdə ingilis dilli bir həkimlə danışarkən öz fikrinizi asanlıqla başa sala biləcək və xəstəxanada olarkən ingilis dilində işlədilən sözlərdən xəbərdar olacaqsınız.

Xəstəxana mövzusuna dair sözlərin ingilis dilində yazılış və tələffüzü.

[ ˈhɒspɪtl ] Xəstəxana
[ ˈæmbjələns ] Təcili yardım
[ ˈwiːl.tʃeər ] Əlil arabası
[ ˈplɑː.stər kæst ] Gips
[ ˈeks.reɪ ] Rentgen
[ məˈtɜː.nə.ti həʊm ] Doğum evi
[ ˈsteθ.ə.skəʊp ] Steteskop
[ pʌls ] Nəbz
[ ʃuː ˈkʌv.ərz ] Baxıl
[ blʌd ] Qan
[ ɪnˈdʒek.ʃən ] İnyeksiya
[ ɪˈnɒk.jʊ.leɪ.ʃən ] Peyvənd
[ ˈstretʃ.ər ] Xərək
[ wɔːd ] Palata
[ ˈɒp.ər.eɪtɪŋ ruːm ] Əməliyyat otağı

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.