Anatomiya rus dilində

Bu dərsdə Anatomiya mövzusunda rus dilində sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, insan anatomiyası rus dilində mövzusundakı sözləri tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq tekrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını rus dilində deyin.
3. Şərhçinin rus dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

İnsan anatomiyası mövzusunda rusca sözlər

Bu dərsimizdə Anatomiya rus dilində mövzusunu davam etdirəcəyik. Keçən dərsimizdə biz İnsan anatomiyası I hissə adlı dərsimizdə insan anatomiyasına dair bir neçə söz öyrəndik. Anatomiya insan bədəni ilə əlaqəli strukturların öyrənilməsidir. İnsan bədəni çox vaxt mürəkkəb bir maşın kimi düşünülür. Maşının işləməsi üçün onun bütün hissələri olmalıdır, lakin əlavə olaraq bu hissələrin hər biri optimal şəkildə işləməlidir. Əgər bir insanın orqanları düzgün işləmirsə, o zaman həmin insanda xəstəlik var. Bu, zaman insan həkimə müraciət edir. Əgər siz rus dilli bir ölkədəsinizsə və ya həkiminiz rus dillidirsə, o zaman, siz onunla rus dilində danışmalısınız. Deməli, İnsan anatomiyasına mövzusunda rusca sözlər öyrənməyin sizə faydası toxuna bilər.

Beləliklə, əgər siz bu məqaləni oxuyursunuzsa, deməli anatomiya mövzusunda rus dilində sözləri ən asan, ən sürətli şəkildə necə öyrənmək niyyətiniz vardır. Xoş xəbər - doğru yerə gəldiniz! Ola bilsin ki, siz artıq insan anatomiyası mövzusunda rusca sözlər öyrədən müxtəlif resurslara baxmaq üçün bir müddət vaxt sərf etmiş və seçimlərin çoxluğundan özünüzü hədsiz dəəcədə yorulmuş hiss etmişsiniz. Həqiqətən də, öyrənmək üçün istifadə edəcəyiniz resursları tapmaq üçün itirirdiyiniz vaxt və çaba, öyrənməkdən daha stresli ola bilər!

İlkin olaraq, bu dərsin lüğətinə daxil olan sözlər ilə siz nəinki rus dilində insan anatomiyasına dair sözləri eyni zamanda heyvanların anatomiyasına da aid sözləri də öyrənmiş olursunuz. Beləki, öz daxili anatomiyamız haqqında demək olar ki, hər şey digər məməlilərə də aiddir və bunların çoxu ümumiyyətlə onurğalı heyvanlara aiddir.

Beləliklə, rus dilində insan anatomiyası mövzusunda sözləri öyrənək. Əlbəttə ki, biz rus dilində insan anatomiyasını hüceyrəaltı səviyyədə strukturları müzakirə edə bilərik, məsələn, hüceyrə nüvəsidən molekulyar səviyyəyə qədər davam edə bilərik. Lakin bu, olduqca texniki xarakter alır və sözün açığı dil baxımından daha az maraqlıdır, çünki lüğətin çox hissəsi yunan-latın mənşəli sözlərdir. Buna görə də, gəlin bu dərsimizdə əsas orqanlara diqqət yetirək.

İnsan anatomiyası rusca

Anatomiya mövzusunda rus dilində sözlər

Əksər hallarda, skeletdəki ("скелет") fərdi sümüklər ("кости") adlarını yerləşdikləri bədən hissələrindən götürürlər, məsələn, Bud sümüyü, bud sözünün ("бедро") sifət formasından istifadə edərək, bud sümüyü ("бедренная кость") adlandırılır. Bununla belə, bəzi sümüklərin öz xüsusi adları var. Qabırğa ("ребро") sözünü misal çəkmək olar.

İnsan bədəni əsl möcüzədir. İstənilən yaşda olan uşaqlar öz bədənlərini kəşf etməyə maraq göstərirlər. İnsan anatomiyasının öyrənilməsi bədən hissələri ilə tanışlıqdan başlayır. Amma bəzən orqanları təkcə anatomik və fizioloji baxımdan öyrənmək maraqlı olmur. Uşaqlar rus dilinə çox vaxt ayırırlar və biz frazeologiya və etnoqrafiyadan da əlavə materiallara əsaslanaraq rus dili kursu üzrə öyrəndiyimiz İnsan anatomiyası rus dilində mövzusunu şaxələndirmək qərarına gəldik.

İnsanlar nitqlərində deyimlərdən və atalar sözlərindən istifadə edirlər, çünki onların köməyi ilə öz düşüncələrini, hisslərini və təcrübələrini ifadə etmək daha asan olur və başqaları ilə ünsiyyət qurmaq daha rahatdır. Dil isə sabit xalq deyimləri sayəsində daha parlaq, daha təxəyyüllü olur. Biz onları uşaqlıqdan eşidirik, kitablarda oxuyuruq, nitqimizdə onlardan düzgün istifadə etməyi öyrənirik. Gəlin insan anatomiyası mövzusunda rus dilində atalar sözləri öyrənək.

İnsan anatomiyası mövzusunda rus dilində atalar sözləri

"Кто родом кулак, тому не разогнуться в ладонь." - Kiminki kökü yumruqdandır, o ovuca əyilə bilməz. (Bu atalar sözünün mənasını onun soy və tayfadan bəhs etməsi əsasında başa düşmək olar.)

"Одна челка хорошо, а две лучше." - Bir tel yaxşıdır, ikisi daha yaxşıdır (Azərbaycanca analoqu: "iki baş birindən üstündür.")

"Череп пьет - черт крестится." - Kəllə içir - şeytan xaç edir.

Rusca insan anatomiyası mövzusunda sözlərin yazılış və tələffüzü.

[ бр’ушн`ай’а п`оласт’ ] Qarın boşluğu
[ зрач’`ок ] Göz bəbəyi
[ арт’`эр’ий’а ] Arteriya
[ краваабращ’`эн’ий’э ] Qan dövranı
[ ч’`эр’ип ] Kəllə sümüyü
[ бр`онха ] Bronx
[ г`орла ] Boğaz
[ б’`уст ] Büst, döş
[ икра н`ог’и ] Baldır
[ пласкаст`оп’ий’э ] Düz ayaqlılıq
[ ск`ула ] Almacıq sümüyü
[ ч’`эл’уст’ ] Çənə
[ падбар`одак ] Çənə
[ тр`уп ] Cəsəd
[ й’амка на щ’ик’э ] Zənəxdan
[ ч’`элка ] Tel
[ д’исна ] Diş əti
[ р`од’инка ] Xal
[ п`упок ] Göbək
[ лад`он’ ] Ovuc
[ сл’уна ] Ağız suyu
[ ап`эн’д’икс ] Apendisit
[ п`ол ] Cinsiyyət
[ б’идр`о ] Bud
[ й’изыч’`ок ] Dilçək
[ пазван`ок ] Fəqərə
[ сас`ок ] Döşün giləsi
[ кал’`энай’а ч’`ашыч’ка ] Diz qapağı
[ мар’щ’`ина ] Qırış
[ гал’инаст`оп ] Topuq

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.