Anatomiya rusca

Bu dərsdə insan anatomiyası rus dilində mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, anatomiya rusca mövzusundakı sözləri tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq tekrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını rus dilində deyin.
3. Şərhçinin rus dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

Rus dilində insan anatomiyasına mövzusunda sözlər

Bu dərsimizdə rus dilində insan anatomiyası mövzusunda sözlər öyrədən dərs hazırladıq. Həkimə gedərkən bədən hissələrinin adlarını bilmədən əlbəttə dərdimizi həkimlərə başa sala bilmərik. Biz ötən dərslərimizdə rus dilində bədən üzvləri mövzusunu keçərkən artıq bir sıra bədən üzvlərininin adlarını rus dilində necə adlandırıldığını öyrənmişdik. Bu dərsimizdə isə rus dilində insan anatomiyası mövzusunda sözlər öyrənməklə insan bədənin quruluşu və hissələrinə dair lüğətimizi daha da genişləndirəcəyik. Söz veririk ki, insan anatomiyası rus dilində olan bu dərsimiz sizin üçün darıxdırıcı olmayacaq.

Beləliklə bədənimiz haqqında bir az danışaq. Gündəlik söhbətdə nə qədər tez-tez özümüzün və ya başqasının bədən üzvlərini qeyd etməli oluruq. Məsələn, kürək sümüyü və ya rus dilində döş qəfəsini necə tələffüz edəcəyinizi dərhal yada salmaq çox vaxt asan olmur. Rus dilində insan anatomiyası mövzusu çox genişdir, çünki o, təkcə bədənin hissələrini deyil, həm də üzün, qolların, ayaqların və hətta daxili orqanların hissələrini də əhatə edir. Biz rus dilində insan orqanları mövzusunu keçərkən daxili orqanlar haqqında sözləri öyrənmişdik. Bu dərsimizdə isə rus dilində daxili orqanlara aid bilmədiyimiz yeni sözlərə də toxunacağıq. Ümid edirik ki, bu dərsi öyrəndikdən sonra rus dilli ölkələrdə tətildə olarkən və ya digər səbəblərdən səyahət edərkən tibbi yardıma ehtiyacınız olduğu bir vəziyyətdə nə baş verdiyini və haranızın ağradığını bildirməkdə çətinlik çəkməyəcəksiniz. Ümid edirik ki, belə bir vəziyyətlə qarşılaşmazsınız. Ancaq bu baş verərsə, bu bilik sizin və ya dostunuzun həyatını xilas edə bilər.

İlkin olaraq, bu dərsin lüğətinə daxil olan sözlər ilə siz öz xarici görünüşünüzü və dostlarınızın xarici görünüşünü rus dilində asanlıqla təsvir edə bilərsiniz. Belə bir vəziyyəti təsəvvür edin, bir dostunuzla Rusiyaya tətilə getmisiniz. Siz onu turda itirdiniz. Bələdçidən dostunuzu görüb-görmədiyini soruşursunuz. Bəs bunu necə soruşmaq olar? Axı bələdçinin çoxlu sayda turisti var. Əlbəttə rus dilində insan anatomiyası mövzusunda olan sözlər sizin köməyinizə yetişəcək.

Rus dilini öyrənərkən siz gec ya tez insan bədən üzvləri mövzusuna rast gələcəksiniz. Rus dilində insan anatomiyası mövzusunda olan sözləri eyni zamanda bu sözlərlə əlaqəli ifadə və idiomları öyrənməklə siz ozünüzü və başqalarını rahatlıqla rus dilində təsvir edə biləcək, özünüzü bərbər və ya gözəllik salonlarında rahat hiss edəcək və dediyimiz kimi hər hansı bir tibbi yardım alarkən rusca həkimə ağrayan bədən üzvünün hansı olduğunu asanlıqla başa sala biləcəksiniz.

Anatomiya rusca

İnsan anatomiyası rus dilində

İnsan anatomiyası mövzusunda rus dilində deyimlər.

"Боязливому по ухо — смелому по колено." - Qorxaqa qulağa qədər - cəsura dizə qədər. (Bu atalar sözünə görə - qorxaq problemi və ya hərəkəti dəhşətli bir şey kimi görür, o qədər dəhşətlidir ki, yaxınlaşmaq mümkün deyil. Qulaqlarına qədər qorxu içindədir. Amma cəsarətli adama problem o qədər də qorxulu görünmür, elə bil çayı keçsə su yalnız dizə qədər olardı, heç islanmazdı belə.)

"Душа в пятки ушла." - Ruh dabanlara getdi. (Qorxmaq, həyəcanlanmaq mənasında) (Azərbaycanca analoqu: "Ürəyim düşdü.")

"Водить за нос." - Burunla aparmaq (aldatmaq, səf yola yönləndirmək) (Bu metafora heyvanların burun dəliklərindən keçirdikləri bir halqa ilə idarə olunmasından yaranmışdır.)

"Седина в бороду, а бес в ребро." - Saqqalı boz, qabırğasında şeytan. (məhəbbət vəsvəsəsinə düçar olan, eşqə düşən qocalar haqqında məsəl.)

"У каждого - свой скелет в шкафу." - Hər kəsin şkafda öz skeleti var. (kənar şəxslərdən gizlədilən, utancverici bir sirr)

"Когда у девушки нет других достоинств, то веснушки — прелесть." - Qızın başqa fəzilətləri yoxdursa, o zaman - çillər də gözəldir. (Bir insanın hər hansı bir qabiliyyəti, bacarığı, gözəlliyi və ya başqa üstün cəhətləri olmadıqda, üstün olmayan və ya gözəllik əlaməti sayılmayan, lakin, həmin əlamətlərin o insanda olduğundan həmin əlamətin qabilliyət, bacarıq və gözəllik kimi qiymətə mindirilməsi)

"Сытых глаз под веком нет." - Göz qapaqları altında tox göz yoxdur. (Azərbaycanca analoqu: "Gözü doymur.")

Rusca insan anatomiyası mövzusunda sözlərin yazılış və tələffüzü.

[ анат`ом’ий’а ] Anatomiya
[ ступн’а ] Pəncə
[ падм`ышка ] Qoltuqaltı
[ в’ис`ок ] Gicgah
[ пазван`оч’ник ] Onurğa
[ лап`атка ] Kürək sümüyü
[ т’иласлаж`эн’ий’э ] Bədən quruluşu
[ галавн`ой’ м`озк ] Beyin
[ кл’уч’`ица ] Körpücük sümüyü
[ п’ищ’ивар’`эн’ий’э ] Həzm
[ в’`эка ] Göz qapağı
[ в’исн`ушка ] Çil
[ п`ах ] Qasıq
[ гарт`ан’ ] Qırtlaq
[ зат`ылак ] Ənsə
[ й’агад’ицы ] Arxa, yan
[ п’ищ’ив`от ] Qida borusu
[ т`ас ] Çanaq
[ грудн`ай’а кл’`этка ] Döş qəfəsi
[ р’ибр`о ] Qabırğa
[ к’иш`эч’ник ] Bağırsaq
[ ск’ил’`эт ] Skelet
[ р`оды ] Doğuş
[ м’ин’д`ал’ина ] Badamcıq
[ мач’а ] Sidik
[ барад`афка ] Ziyil
[ м`оч’ка уха ] Sırğalıq
[ к`опч’ик ] Büzdüm sümüyü
[ з`адн’ий’ прах`от ] Anal dəlik

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.