Tərəvəzlər rus dilində

Bu dərsdə tərəvəzlər rus dilində mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, rus dilində tərəvəzlərin adlarını tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq tekrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını ingilis dilində deyin.
3. Şərhçinin ingilis dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

Rus dilində tərəvəz adları

Rus dilində tərəvəz adları və onların necə tələffüz edəcəyini sizə təqdim etmək üçün bir sıra tərəvəzlərin rus dilində siyahısını hazırladıq. Bu siyahıya sizə rus dilində tərəvəz adları lazım olan zaman müraciət edə bilərsiniz. Yuxarıdakı videoda isə siz rus dilində tərəvəzlərin adlarını sıfırdan öyrənə, ya da rus dilində müxtəlif tərəvəzlərin adlarını yenidən təkrarlaya bilərsiniz. İndi videoya baxın və rus dilində tərəvəz adlarını məndən sonra təkrar etməyə çalışın. Bu video yalnız sözləri tələffüz etməyinizə kömək etmək məqsədi daşımır. Burada siz eyni zamanda rus dilində tərəvəz adlarının düzgün yazılış qaydasını da öyrənə bilərsiniz. Bu dərs yeni başlayanlar üçün uyğundur. Sözləri yadda saxlamağa kömək etmək üçün videonun altında qeyd edilən məşqləri etməyə çalışın.

Keçən dərsimizdə dediyimiz kimi hər hansı bir rus dilli əcnəbi Azərbaycan haqqında danışmağımızı istədikdə adətən biz milli mətbəximizdən danışırıq. Əlbəttə belə bir vəziyyətdə biz rus dilində meyvə, giləmeyvə və tərəvəzlərin adını bilmədən bu barədə heç cür danışa bilmərik. Rus dilində meyvə adlarını biz keçən dərsimizdə artıq öyrəndik. Əgər bu dərsi keçməmisinizsə o zaman mütləq baxın. Bu dərsimizdə isə rus dilində tərəvəzlər mövzusunu öyrənəcəyik. Beləliklə rus dilində tərəvəzlərin nəcə adlandırıldığını, yazılış və tələffüz qaydalarını öyrənməyin vaxtı gəldi, belə ki rusca tərəvəzləri öyrəndikdən sonra sevdiyiniz yeməklər haqqında ruslarla tam rahat danışa bilərsiniz.

Bu dərsdə verilən rus tərəvəz siyahısı ənənəvi və dadlı rus şorbası olan "борщ" və ya "Солянка" bişirmək istəyənlər üçün faydalı olacaq. Qeyd: Əgər nə vaxtsa Rusiyaya səfər etsəniz mütləq dadmalı olduğunuz bir şorbadır! Əlbətdə tərəvəz adları rus dilində dərsini öyrəndikdən sonra siz bənzərsiz və maraqlı bir şorba bişirmək üçün bazardan lazımlı tərəvəzləri ala bilər, hətta rus restoranında istədiyiniz yeməyi sifariş verə də bilərsiniz. Əlbəttə Rusiya bazarlarında və restoranlarında Azərbaycan dilini bilməklə də problemsiz alış-veriş və ya sifariş verə bilərsiniz. Yeni il şənliklərində həmişə masada olan ən məşhur rus salatı "оливье" haqqında eşitmisinizsə, rus dilində bilməli olduğunuz bütün tərəvəzlər bu salatda var. Rusca tərəvəzləri öyrənsəniz yerli sakinlərdən ən yaxşı və ən təzə tərəvəzləri ala biləcəyiniz bir Rus bazarını ziyarət edə biləcəksiniz. Tərəvəzləri rus dilində öyrənin və rus mədəniyyəti və rus mətbəxi haqqında daha çox məlumat əldə edin. Rus dilinin daha çox söz öyrənmək və eyni zamanda rus dili qrammatikasını öyrənmək üçün digər rus dili dərsləri sizin işinizə yarayacaqdır.

Bir məqamı da nəzərinizə çatdırım ki, siz rus dilində bir çox tərəvəzlərin adlarını artıq bilirsiniz. Nəzərdə tutduğum tərəvəzləri Azərbaycan dilində də rus dilində olduğu kimi adlandırırıq, məsələn: kökə biz "морковь" deyirik, və yaxud Azərbaycanca çuğundur deyən az sayda insanlar vardır, əksəriyyət "бурак" deyir, və ya cəfəriyə demək olar ki, hamımız "петрушка" deyirik, halbuki bunlar rus sözləridir. Yəni qısası onu demək istəyirəm ki, siz rus dilində tərəvəz adlarını öyrənməyə başlamazdan əvvəl artıq bir çoxlarının adlarını bilir və hətta gündəlik danışıqda istifadə edirsiniz. Demək ki, siz rus dilini heç də sıfırdan öyrənmirsiniz, beləki, bu misal nəinki rus dilində tərəvəzlərə aiddir hətta gələcək dərslərimizdə keçəcəyimiz bir çox başqa mövzulara da şamil olunur.

Tərəvəzlə rus dilində

Rus dilində tərəvəz adları

Rus dilində yeni sözləri asanlıqla yadda saxlamağın yollarından biri də sözləri mövzuya görə qruplaşdırmaqdır. Rus dilində tərəvəzlər mövzusunda sözlər bilmək vacibdir, çünki gündəlik həyatda tərəvəzlərdən mütəmadi olaraq istifadə edirik. Mağazadan alırıq, onlardan yemək hazırlayırıq, bağda yetişdiririk və s. Hətta bir neçə tərəvəz adlarını rus dilində bilsəniz müəyyən mövzularda rahat ünsiyyət qura bilərsiniz.

Bundan əlavə, rus dilində tərəvəz adlarını bilmək səyahət edərkən - bir kafedə və ya restoranda garnitür sifariş edərkən, və ya xaricilərlə ünsiyyət qurarkən faydalı ola bilər. Xarici bir qonağınızı hansısa restorana apararkən, mütləq milli Azərbaycan mətbəxi ilə maraqlanacaqdır. Buna görə, xaricilərə kələm dolması və ya piti, qutab kimi yeməklər haqqında danışarkən, tərəvəzlərin rusca adlarını bilmədən onlara heç nəyi başa sala bilməyəcəksiniz.

Rus dilində tərəvəz adları ilə əlaqəli atalar sözləri

"Не вырастишь овощей - не сваришь и щей." - Tərəvəz yetişdirməsən, şi də (kələm şorbası) bişirə bilməzsən. (Bu atalar sözünə görə - Bir şey əldə etmək istəyirsinizsə, bunun üçün nəsə etməlisən. Əgər tənbəlsən və işləmək istəmirsənsə, çox şey əldə edə bilməyəcəksən. )

"Козел на капустнике - плохой караульщик." - Kələm bağında keçi - pis gözətçidir. (Azərbaycanca analoqu - "Quzunu qurda tapşırmaq.")

Rusca tərəvəz adlarının yazılış və tələffüzü.

[ `оващ’и ] Tərəvəz
[ марк`оф’ ] Yerkökü
[ карт`ошка ] Kartof
[ агур’`эц ] Xiyar
[ пам’ид`ор ] Pomidor
[ кап`уста ] Kələm
[ св’`экла ] Çuğundur
[ сл`атк’ий’ п’`эр’иц ] Bibər
[ баклаж`ан ] Badımcan
[ л`ук ] Soğan
[ ч’исн`ок ] Sarımsaq
[ цв’итн`ай’а кап`уста ] Gül kələmi
[ р’ид’`ис ] Turp
[ фас`ол’ ] Lobya
[ кукур`уза ] Qarğıdalı
[ шп’ин`ат ] İspanaq
[ ˈбр`окал’и ] Brokoli
[ кар’и`ан’др ] Keşniş
[ укр`оп ] Şüyüd
[ гр’`ип ] Göbələk
[ п’итр`ушка ] Cəfəri
[ п’`эр’иц ] İstiot
[ т`ыква ] Balqabaq

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.