Vəhşi heyvanlar rus dilində

Bu dərsdə vəhşi heyvanlar rus dilində mövzusuna dair yeni sözlər öyrənəcəyik.



Aşağıdakı çalışmaları sırayla yerinə yetirin. Bu çalışmalar, rus dilində vəhşi heyvanların adlarını tez və asan öyrənməyiniz üçün yoxlanılmış vasitədir. Mütəmadi olaraq tekrarlamağı unutmayın.

1. İlk öncə yeni sözləri öyrənək. Şərhçinin ardınca təkrar edin.
2. Daha sonra isə yaddaşımızı yoxlayaq. Şəkildə təsvir olunanların adlarını ingilis dilində deyin.
3. Şərhçinin ingilis dilində dediyi sözləri siz Azərbaycan dilində deyin.
4. Kağız qələm götürün. İmla yazın.
5. İmlanı yoxlayın.

Rus dilində çöl heyvanları

Bu dərsimizdə rus dilində çöl heyvanları mövzusunda dərs hazırladıq. Keçən dərsimizdən biz artıq rus dilində ev heyvanlarının adlarını öyrəndik. Əlbəttə heyvanlar aləmi ilə bağlı rus dilində söz bazamızı genişləndirmək baxımından biz rus dilində vəhşi heyvanların da adlarını bilməliyik.

Rus dilində heyvanlar sözü "звери" kimi ifadə olunur. Buna uyğun olaraq da rus dilində vəhşi heyvanlara "дикие звери" və ya "дикие животные" deyirlər. Bu heyvanlar kateqoriyasına təbii yaşayış yeri meşələr, cəngəlliklər, savannalar, su anbarları və s. olan heyvanlar daxildir. Çoxumuz bu heyvanlarla yalnız zooparklarda və sirklərdə qarşılaşırıq. Əlbəttə ola bilsin ki planlarınıza safari səyahəti daxil olmasa belə, rus dilində bəzi tanınmış vəhşi və ekzotik heyvanların adlarını bilməyinizin sizə heç bir ziyanı toxunmaz. Rus dilində çöl heyvanlarının adlarını bilməyin digər üstünlüyü obrazlı və məcazlı tərkibli cümlələr işlədə bilmək imkanıdır. Əks təqdirdə, həmsöhbətinizə rus dilində müdürünüz aslan kimi hakim kesildiyini və ya iş yoldaşlarınızın ilan kimi müdrik olduqlarını necə deyə bilərsiniz? Bu dərsdən sonra hər gün görmədiyiniz və nadir vəhşi heyvanlar haqqında rus dilində danışa biləcəksiniz. Əlbəttə bu vəhşi heyvanların bir çoxlarını artıq hətta evdə də saxlayanlar var, məsələn, meymun, iquan, ceyran, maral, müxtəlif kərtənkələ və ilanlar. Düzdür ilanları akvariumlarda saxlasalar da hər bir halda evinizdə bir biton ilanının sizinlə yaşaması bir qədər yuxunuza narahatçılıq qata bilər. Mən hətta evində şir və leopard saxlayan ərəblərdən danışmıram. Hər bir halda bu heyvanlar vəhşi heyvanlardır və biz rus dilində onların adlarını vəhşi heyvanlar kateqoriyasında öyrənəcəyik.

Rus dilində vəhşi heyvanların adları mövzusunu öyrənmək rus dilini öyrənməyin daha sıxıcı hissələrinə yəni, rus dili qrammatikasına ara vermək üçün əyləncəli bir bəhanə ola bilər. Vəhşi heyvanlar rus dilində lüğətininə aid sözləri öyrənmək üçün, rus dilində bəzi əsas çöl heyvanlarının adlarını, rus dilində onların tələffüzünü eşitmək üçün hər sözün yanındakı oynat düyməsini basın!

Rus dilində çöl heyvanları

Vəhşi heyvanlar rus dilində

Rus dilində vəhşi heyvanlarla əlaqəli atalar sözləri və deyimlər

"Старый волк знает толк." - Yaşlı canavar çox şey bilir. (Azərbaycanca analoqu: "Filankəs bilər. O, qoca qurddur.")

"Не убив медведя, шкуру не продавай." - Ayını öldürməmiş, dərisini satma. (Azərbaycanca analoqu: "Əvvəl çayı oppan, sonra hop de." (Bu atalar sözünün məğzi ondan ibarətdir ki - əvvəlcə etməlisən, sonra danışmalısan. Yəni, "bilmək olmaz bəlkə ayını heç öldürə bilmədin, amma dərisini artıq kiməsə söz vermisən" mənasında işlədilir.))

"С волками жить – по - волчьи выть." - Canavarlarla yaşamaq - canavar kimi ulamaq. (Azərbaycanca analoqu: "Atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar.")

"Волк предложил пасти овец бесплатно." - Canavar qoyunları pulsuz otarmağı təklif etdi.

"Два медведя в одной берлоге не уживутся." - Eyni yuvada iki ayı yaşamaz. (Azərbaycanca analoqu: "Bir qazanda iki qoçun başı qaynamaz.")

"Видит волк козу — забыл и грозу." - Canavar keçini gördü - tufanı unutdu.

"Волк для овец плохой пастух." - Canavar qoyunlara pis çobandır. (Azərbaycanca analoqu: "Quzunu qurda tapşırmaq.")

"Каждая лиса свой хвост нахваливает." - Hər tülkü öz quyruğunu tərifləyir. (Azərbaycanca analoqu: "Hər kəs öz malını tərifləyir.")

"Мартышка и без хвоста всё равно мартышка." - Quyruğu olmayan meymun yenə də meymundur. (Azərbaycanca analoqu: "Keçəl Həsən - Həsən keçəl.")

"Не первую зиму волку зимовать." - Canavarın keçirəcəyi ilk qış deyil.

"С медведем дружись, а за ружье держись." - Ayı ilə dost olun, ancaq silahdan tutunun.

"Лиса все хвостом прикроет." - Tülkü quyruğu ilə hər şeyi örtər.

"Каждая лиса о своем хвосте заботится." - Hər tülkü öz quyruğunun qayğısına qalır.

Rusca vəhşi heyvan adlarının yazılış və tələffüzü.

[ д’`ик’ий’э жыв`отный’э ] Vəhşi heyvanlar
[ м’идв’`эт’ ] Ayı
[ з’`эбра ] Zebra
[ в`олк ] Canavar
[ в’ирбл’`ут ] Dəvə
[ ч’ир’ип`аха ] Tısbağa
[ кракад’`ил ] Timsah
[ т’`игр ] Pələng
[ л’`эф ] Aslan
[ л’иап`арт ] Bəbir
[ пан’т’`эра ] Pantera
[ л’иса ] Tülkü
[ ал’`эн’ ] Maral
[ л`ос’ ] Sığın
[ сл`он ] Fil
[ жыр`аф ] Zürafə
[ б’иг’им`от ] Begemot
[ насар`ок ] Kərgədan
[ й’ащ’ир’ица ] Kərtənkələ
[ зм’ий’а ] İlan
[ л’иг`ушка ] Qurbağa
[ пал’`арный’ м’идв’`эт’ ] Qütb ayısı
[ к’ингур`у ] Kenquru
[ аб’из’й’ана ] Meymun
[ з`ай’иц ] Dovşan
[ б’`элка ] Dələ
[ й’ош ] Kirpi
[ м`ыш ] Siçan
[ кр`ыса ] Siçovul

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.