• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

CSS kursu. Çərçivələr

Çərçivələr

Salam dostlar. Biz CSS kursu üzrə növbəti dərsimizə başlayırıq. Bu dərsimizdə biz Çərçivələrin qeydiyyatı mövzusuna baxacağıq. Çərçivələr tez-tez istifadə olunur, buna görə də bu mövzuya diqqətlə yanaşın və praktik olaraq mütəmadi məşq edin. Çərçivəyə cavab verən qayda 3 elementdən ibarətdir – bunlar çərçivənin qalınlığı, stil və rəng elementləridir. Beləliklə border-width – bu çərçivənin qalınlığına cavab verir. Növbəti element çərçivənin stilidir, bunu biz border-style: elementi vasitəsi ilə qeyd edəcəyik. Hansı stillər vardır? Bunlar dotted – nöqtəli, dashed – punktirli, solid – tam xətli, double –cüt . Daha ekzotik variantlar da vardır, hansı ki bu variantlar bütün brauzerlər tərəfindən dəstəklənmir. Çərçivənin rəngini isə – border-color elementi vasitəsi ilə qeyd edilir. Beləliklə biz başlığımızı çərçivəyə almaq üçün 3 xüsusiyyət qeyd etdik. Burada bir məqama da toxunum - əgər biz burada sadəcə olaraq border qeyd ediriksə bu çərçivənin bütün 4 hissəsinin hamısına aiddir. Bildiyimiz kimi çərçivə 4 hissədən ibarətdir- yuxarı, aşağı, sağ və sol, və əgər bir sadəcə border qeyd etsək o zaman brauzer bütün 4 hissəyə eyni qalınlıqlı yəni 2 px qalınlığında çərçivə qeyd edəcəkdir. Ola bilsin ki, bizə çərçivənin müəyyən hissəsini tutaq üst hisəsini əks etdirmək lazımdır. Bunun üçün biz border sözündən sonra –top- qeyd etməliyik. Bu zaman brauzer bizə çərçivənin yalnız üst hissəsini əks etdirəcək. Əlbətdə eyni qayda ilə biz bunu alt hissəyə də qeyd edə bilərik. Bu zaman sadəcə olaraq top sözünün yerinə bottom qeyd etməliyik. Bu alt hissə üçün veriləcək çərçivənin qeydiyyatı üçündür. Yəni yuxarı hissəni qeyd etmək istəyiriksə top, aşağı hissəni qeyd etmək istəyiriksə bottom yazırıq.

Biz çərçivənin hissələrini fərqli formatlarda da verə bilərik. Əgər bir çərçivənin müxtəlif hissələri ilə işləyiriksə bu o demək deyil ki bu hissələr eyni formatlı olmalıdır, fərqlənə də bilərlər, məsələn, qalınlığı 5px, stili punktirli kimi və rəngini də qeyd edə bilərik. Eyni qaydanı biz sağ və sol hissələrə də qeyd edə bilərik - burada müvafiq olaraq left və right sözlərini qeyd etməliyik. Bir məqama da baxaq, gördüyünüz kimi bu cür qeydiyyat çox böyükdür və çox yer tutur. Əlbəttə daha qısaldılmış qeydiyyat qaydası olmalıdır. Və onlar vardır, tutaq ki biz çərçivənin bütün hissələri üçün eyni qeydiyyat aparmaq istəyirik – bunun üçün border qeyd edirik daha sonra ardıcıllıqla onun olşüsünü, daha sonra probel işarəsindən sonra stilini tutaq ki solid qeyd edirik və sonda onun rəngini qeyd edirik. Yəni ardıcıl olaraq probel işarəsi ilə ölçü, stil və rəng qeyd edilir. Bu zaman artıq brauzer bu qısaltmanı başa düşəcək və bizim çərçivəni qeydyyata uyğun əks etdirəcəkdir. Əlbətdə əgər biz yalnız hər hansı bir hissəni qeyd etmək istəyiriksə o zaman müvafiq olaraq top, bottom, left və ya right qeyd etməliyik. Bu məqamda bir maraqlı məsələyə də toxunmaq istəyirəm. Bu istinadlara verilən çərçivələrdir. Beləki bildiyimiz kimi istinadlar susmaya görə brauzer tərəfindən göy rəngdə və altdan çəkilmiş göy xəttlə əks olunur. Biz istinadları qeyd edib (a) ona text-decoration elementinin none xüsusiyyəti vasitəsi ilə susmaya görə olan göy xətti ləğv edirik. Və ya border-bottom: vasitəsi ilə istinadların özünün rəngini və formatını da dəyişə bilərik, və beləliklə bizim istinadlar artıq standart əks olunmur və daha gözəl görsənir və siz bu cür imkanlardan istifadə edərək saytınızın daha baxımlı daha gözəl əks olunmasına nail ola bilərsiniz. Beləliklə çərçivələr bu cür işləyir, biz həm 4 hissəyə həm də ayrılıqda hansısa hissə və ya hissələrə çərçivə qeydiyyatı apara bilərik, və bununla yanaşı onun qısaldılmış yazılış qeydiyyatı da mövcuddur.


Əfqanoğlu