• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

CSS kursu.Mətnin formatlaşdırılması 1

Mətnin formatlaşdırılması

Bu dərsimizdə biz mətnin formatlasdirilmasi mövzusuna baxacağıq. Bəzən qeydiyyat zamanı biz müəyyən sətrin və ya mətnin hər hansı bir hissəsinin altından xətt çəilmiş kimi qeyd etməli oluruq. Bunu biz TEXT-DECORATİON elementi vasitəsilə edəcəyik. Eyni zamanda biz bu element vasitəsilə secilmiş fraqmentin yalnız altından deyil, eyni zamanda üstündən və üzərindən də xətt qeyd edə bilərik. Bunun üçün text-decoration elementinin müxtəlif məzmunları nəzərdə tutulmuşdur. Bu elementdən adətən istinadlarla iş zamanı istifadə edilir. Bildiyimiz kimi brauzerlər istinadları özləri formatlaşdırırlar, və Siz fərqli formatlaşmanı qeyd etmək istəsəniz o zaman bu elementdən istifadə etməli olacaqsınız. Seçilmiş fraqmentin altından xətt çəkmək üçün biz UNDERLİNE məzmunundan istifadə edəcəyik. Eyni zamanda əgər biz seçilmiş mətn fraqmentinin üstündən xətt çəkmək istəyiriksə o zaman biz Text-decoration elementinin məzmununda OVERLİNE qeyd etməli olacağıq. Əgər biz seçilmiş mətn fraqmentinin üzərindən xətt çəkmək istəsək o zaman biz məzmunda LİNE-THROUGH qeyd etməli olacağıq. Xəttin ümumiyyətlə qeyd edilməməsini də brauzerə göstəriş verə bilərsiniz. Bunun üçün sadəcə olaraq Text-decoration elementinin məzmununda NONE qeyd edirik.

Biz hər dəfə yeni dərs keçərkən bir neçə element və məzmunları öyrənmiş oluruq və əlbəttə sizə bütün bu element və məzmunları yadda saxlamaq çətin gələ bilər. Lakin bunları əzbərdən bilmək vacibdir. Siz hər dəfə kod yazarkən əlbətdəki hansısa ədəbiyyat və ya üparqalkalara baxmamalısınız. Lakin bunları yadda saxlamaq bir o qədər də çətin deyil. Ingilis dilini az-cox bilən insanlar müəyyən məntiq əsnasında bu element və məzmunları yadda sxlaya bilər. Eyni zamanda bu element və məzmunları oturub əzbərləməyin , sadəcə olaraq praktiki cəhətdən məüq edin. Hər yeni dərsdən sonra öyrəndiyiniz yeni kodları eyni zamanda əvvəlcədən bildikləriniz kodları praktiki cəhətdən məşq edin. Yalnız bu cür siz kodları asanlıqla yadda saxlaya bilərsiniz.


Əfqanoğlu