• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

CSS kursu. Mətnin formatlaşdırılması 2

Bu dərsimizdə də biz mətnin formatlasdirilmasi mövzusuna davam etdirəcəyik. CSS də yerləşmənin formatlaşmasına cavab verən element vardır, bu text-align elementidir. Align atributu bizə HTML kursundan artıq tanışdır. Bu mətnin yerləşməsini qeyd etmək üçün istifadə olunur. CSS də isə biz onun qarşısına sadəcə olaraq text sözünü əlavə edirik. Məzmunlar da eynidir. Susmaya görə left olur. Əgər mətnin sağdan qeyd edilməsini istəyiriksə onda right, mərkəzdən qeyd etmək istəyiriksə center və nəhayət bütün eninə yerləşməni təmin etmək istəyiriksə onda justify məzmunlarından istifadə edirik. Eninə yerləşmə qeyd etdikdə brauzer mətni həm sol küncdən həm də sağ küncdən bərabər yerləşdirəcək. Bu yerləşmənin də tam künclərdə bərabər olması üçün sadəcə olaraq sözlər arasındakı probelləri artıracaq. Bu cür mexanizmdən istifadə edərək brauzer verilənləri eninə yerləşdirir. Adi yazidan bildiyimiz kimi biz yeni paraqraf yəni yeni sətrdən yazmağa başlayırıqsa biz onu abzasdan yazırıq. Yəni sol sərhəddən bir qədər ara buraxaraq yazırıq. Əlbəttə bu cür yazılışı biz brauzerdə də qeyd edə bilərik. Bu xüsussiyət text-indent elementi vasitəsilə baş verir. Onun məzmununda isə biz həmin buraxılan məsafəni rəqəmlə qeyd edirik. Ölçü vahidini biz px, em, faizlə də qeyd edə bilərik.


Əfqanoğlu