• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

CSS kursu. Mətnin formatlaşdırılması 3

Bu dərsimizdə də biz mətnin formatlasdirilmasi mövzusuna davam etdirəcəyik. İlk öyrənəcəyimiz xüsusiyyət sətrlər arası intervalın qeyd edilməsidir. Bunun üçün xüsusi elementdən istifadə edəcəyik, bu line-height elementidir. Bununla yanaşı biz ğlçü vahidini qeyd etmədən hansısa rəqəm də yaza bilərik. Bu zaman brauzer sətrlər arası məsafəni şriftlərin cari ölçüsünə uyğun olaraq qeyd edəcəkdir. Məsələn əgər biz məzmunda sadəcə olaraq 2 qeyd etsək o zaman brauzer sətrlər arası məsafəni şriftin ölçüsündən 2 dəfə artıq ölçüdə qeyd edəcəkdir. Siz həmçinin burada onluq rəqəmli qeydiyyat da apara bilərsiniz məsələn 1.5 kimi qeyd etsəniz o zaman brauzer şriftin ölçüsundən 1.5 dəfə böyük bir sətrarası interval qeyd edəcəkdir. Bu cür yazılışın özəlliklərindən biri də ondan ibarətdir ki, əgər siz şriftin ölçüsünü dəyişsəniz o zaman sətrlər arası interval da avtomatik olaraq şriftin ölçüsünə uyğun proporsional olaraq dəyişəcəkdir. Eyni zamanda biz bu qeydiyyatın ölçü vahidini yalnız px deyil em, faiz və punktla da qeyd edə bilərik. Digər öyrənəcəyimiz xüsusiyyət sözlər arası intervalın qeyd edilməsidir. Bu word-spacing elementi vasitəsi ilə baş tutur. Burada artıq faiz və vahidsiz rəqəmlərdən istifadə etmək olmaz, yalnız rəqəm qeyd edilib ardından ölçü vahidi yazılmalıdır. Keçen dərslərimizdə biz mətnin eninə yerləşməsini keçəndə qeyd etdik ki, brauzer sözlər arasında intervalı özü müxtəlif cür qeyd edir. Bu zaman əgər biz eyni mətn üçün həm align elementinin justify xüsusiyyətini həm də word-spacing elementini qeyd etsək o zaman word-spacing elementi iqnor olunacaq align elementinin justify xüsusiyyəti qeyd ediləcəkdir. Növbəti xüsusiyyət oxşar operadandır. Sadəcə olaraq əvvəlki xüsusiyyət vasitəsilə biz sözlər arasında intervalı qeyd edirdiksə bu xüsusiyyət vasitəsi ilə biz hərflər arasındakı intervalı qeyd edəcəyik. Bu xüsusiyyət letter-spacing xüsusiyyətidir. Bu bir o qədər də aktual element deyildir. Lakin yenə də bilməyiniz məsləhətdir, ola bilsin ki hardasa sizə lazım ola bilər. Növbəti xüsusiyyət registri dəyişmək imkanı verən xüsusiyyətdir. Bu text-transform elementi vasitəsi ilə baş verir. Bəzən elə ola bilərki bizə söz və ya cümlədəki bütün hərfləri baş yəni böyük hərflərlə qeyd olunması gərəkə bilər. Bu zaman biz bu xüsusiyyətdən istifadə edə bilərik. Adətən bu başlıqlar üçün istifadə edilir. Əlbətdə biz bunu HTML də də qeyd edə bilərik. Lakin qeydiyyatın CSS də aparılması ideologiyası önə çixir. Beləliklə text-transform elementini qeyd edib uppercase məzmununu ona tətbiq edirik. Eyni zamanda bütün hərflərin kiçik hərflərlə qeyd edilməsi üçün biz lowercase məzmununu qeyd etməliyik. Digər bir məzmuin da mövcuddur. Bu capitalize məzmunudur. Bu məzmun verildikdə isə cümlədəki bütün sözlərin birinci hərfi böyük digər hərfləri isə kiçik qeyd edilir.


Əfqanoğlu