• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

CSS kursu.Giriş

Bu kursda biz CSS-i yəni stil cədvəllərini öyrənəcəyik. Əgər siz HTML dilindən anlayışınız yoxdursa, və ya ümumiyyətlə bu dil ilə tanış deyilsinizsə o zaman bu kursu öyrənməzdən əvvəl HTML dilini öyrənməlisiniz. Çünki stil cədvəlləri məhz HTML faylına qoşulur. Əgər siz HTML dilini bilmirsinizsə o zaman onlinekurs.az saytında HTML dili kursunu keçməlisiniz. CSS sizə profesional səviyyədə sayt yığmağa imkan verir. XHTML dilinde sehifelerin formatlasdirilmasi yalniz CSS-le mumkundur. Stil cədvəli qoşulduqdan sonra brauzer BODY sahəsinə çatdıqda BODY konteyniri daxilində qeyd edilmiş bütün elementləri artıq qoşulmuş bu stil cedvelindəki göstərişlərə uyğun əks etdirəcəkdir. Məsələn stil cədvəlində qeyd edilə bilərki bütün başlıqlar qırmızı rəngdə olmalıdır, və ya stil cədvəlində qeyd edilə bilərki bütün şəkillər sağ tərəfdən əks olunmalıdır, və brauzer bu şəkilə çatan kimi onu avtomatik olaraq sağ tərəfdən əks etdirəcəkdir. Yəni dolayısı yolla stil cədvəlləri sənəddəki elementlərin necə əks olunması üçün əlavə göstərişlərdir.


Əfqanoğlu