• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

CSS kursu. Kaskadlılıq və Prioritetlilik

Biz css kursu üzrə növbəti dərsimizə başlayırıq. Keçən dərsimizdə biz varisliyi öyrəndik. Bu dərsdə isə biz onunla sıx əlaqədə olan və oxşar olan bir mövzunu araşdıracağıq. Bu kaskadlılıq və prioritetlilik mövzusudur. Bildiyimiz kim CSS Cascading style sheets sözlərinin abriviaturasıdır. Kaskad nə deməkdir və Nəyə görə stil cədvəlləri kaskad adlandırılır? Biz artıq keçən dərsimizdə bildik ki, elementlər özlərinin sələflərindən də xüsusiyyətlər götürürlər və müvafiq olaraq bu element bütün bu xüsusiyyətlərin yəni həm özündə qeyd edilmiş həm də varislik yolu özündən yuxarı olan sələflər üçün qeyd edilmiş xüsusiyyətlərdən kaskad yığır və bu kaskada uyğun olarq əks olunur. Beləliklə elementə yalnız sırf onun üçün qeyd edilmiş xüsusiyyətlər deyil eyni zamanda onun sələflərinin xüsusiyyətləri də təsir edir – məhz bu kaskadlılıq adlanır. Bəs prioritetlilik nədir? Biz artıq bilirik ki, bir elementin bir neçə valideyn elementi yəni sələfi ola bilər. Deməli əgər element varislik yolu ilə özündən yuxarıdakı 2 valideynin xüsusiyyətlərini götürməlidirsə o elemet özündən bir pillə yuxarı olan valideyn yəni sələfin xüsusiyyətini götürəcəkdir. Prioritetlik qaydasına uyğun olaraq əgər ata və baba elementlərinə eyni qayda üzrə fərqli xüsusiyyətlər qeyd edilibsə o zaman oğul element özünə yaxın olan ilk sələf teqin xüsusiyyətini götürəcəkdir. Əgər elementin sırf özünə xüsusiyyət verilibsə o zaman sələflərin eyni xüsusiyyətləri bu element üçün iqnor edilir. Yəni kobud şəkildə desək oğul elementin özünün rəngi var və o nə ata nə də baba elementdən varislik yolu ilə bu xüsusiyyəti götürməyəcəkdir. Bu dərs çox vacib dərsdir və onun üzərində çoxlu məşq edin.


Əfqanoğlu