• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

CSS kursu.Qalın və kursiv şriftlər

Bu dərsimizdə də biz şriftlərin xarici görünüşü ilə işləyəcəyik. Yəni şriftlərin qalın və çəpəki əks olunmasını təmin edəcəyik. Şriftləri çəpəki əks etdirmək üçün FONT-STYLE: ITALIC; qaydası ilə yazılır. Əgər elemet daxilində hansısa bir hissəni çəpəki qeyd etmək lazımdırsa o zaman həmən hissəyə SPAN elementi daxilinə alırıq və SPAN elementinə class tətbiq edirik. Bildiyiniz kimi SPAN teqi bu məntiqi səviyyəli teqdir və özündə heç bir yük daşımır və məhz bele vəziyyətlərdə onun istifadəsi nəzərdə tutulmuşdur. Şriftə qalınlıq vermək üçün isə FONT-WEİGHT elementindən isitfadə edilir. Susmaya görə brauzer onun xüsusiyyətini NORMAL qeyd edir. Yəni bu qaydanı yazıb NORMAL qeyd etsək və ya ümumiyyətlə bu qaydanı yazmasaq heç bir fərqi yoxdur. Olduğu kimi əks olunacaqdır. Qalınlaşdırmaq üçün isə onun xüsusiyyətini BOLD kimi qeyd etmək lazımdır. Bundan əlavə biz həmçinin qalınlığı rəqəmlə də qeyd edə bilərik. Bu 100 dən 900 a qədər olan rəqəmlərdir və yüzlüklərlə yazılır. Normal xüsusiyyətinin rəqəmli ekvivalenti 400 dür. Əgər siz qalın qeyd etmək istəyirsinizsə o zaman 700 yaza bilərsiniz. Bu BOLD xüsusiyyətnin ekvivalentidir.


Əfqanoğlu