• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

CSS kursu. Qısa yazılış

Qısa yazılış

Biz CSS kursu üzrə növbəti dərsimizə başlayırıq. Bu dərsimizdə biz FONT xüsusiyyətinin qısa yazılış qaydasını öyrənəcəyik. Əgər siz fikir vermisinizsə bizim bir çox xüsusiyyətlərimiz font sözü ilə başlayır. Burada font-family xüsusiyyətində biz şriftin növünü , font-size xüsusiyyətində isə şriftin ölçüsünü verirdik, font-style xüsusiyyətində biz çəpəki, font-weight xüsusiyyətində isə şrifti qalın əks etdirirdik. CSS bizə bütün bu xüsusiyyətləri birləşdirib bir sətrdə yazmaq yəni onu qısaltmaq imkanı verir. Əlbəttə bütün bu sadalanan xüsusiyyətləri biz əvvəlki qayda ilə yazsaq bu bir neçə sətrlik uzun uzadı kodlaşma olacaq. Gəlin ilk növbədə elə o cür də yazaq. Beləliklə, biz yalnız şriftin xarici görünüşünə cavab verən 4 xüsusiyyət qeyd etdik. Bu çox uzun kodlaşma oldu və yaxşı olardı ki biz bu qeydiyyatı yalnız bir xüsusiyyət daxilində qeyd edək.

Beləliklə biz yalnız font xüsusiyyətini qeyd edib onun məzmununda isə lazımı əmrləri yaza bilərik. Qısa yazılış üçün sadəcə font xüsusiyyətini qeyd edirik, və ardından məzmunları qeyd etməyə başlayırıq. İlk növbədə biz font-style və ya font-weight məzmunlarını yazmalıyıq. Beləliklə italic məzmununu qeyd edirik, daha sonra növbəti məzmunu qeyd etmək üçün probel düyməsini sıxırıq və ardından bold yazırıq. Daha sonra biz yenidən probel işarəsi qeyd edib və ölçünü yazmalıyıq. Ən sonda isə biz şriftin növünü qeyd etməliyik. Beləliklə bu cür yazılış bizim bu əvvəlki 4 sətrlik kodlaşmamızın eynisidir. Brauzer tərəfindən əks olunmada heç bir fərq olmayacaq.

Razılaşmaq lazımdır ki, bu cür yazılış həm çox sadə həm də kompaktdır. Ilk olaraq siz ardıcıllığa fikir verməlisiniz. Ilk olaraq burada font-style durur, daha sonra font-variant – bu kapitelə cavab verir. O, çox az istifadə olunur. Daha sonra isə font-weight xüsusiyyəti gəlir, ardından font size gəlir. Və eyni zamanda biz burada line-height xüsusiyyətini də istifadə edə bilərik. Bu sətrlərarası intervalı qeyd edir və sonda şriftin növü qeyd edilir. Və biz də kodlaşmamızı bu ardıcıllıqla yazmışıq. Bir qrup elementləri qeyd etmək məcbur deyil. Yəni style, variant və weight elemelərini biz heç qeyd etməyə də bilərik. Onsuzda brauzer bunu başa düşəcəkdir. Yəni biz italic və bold pozsaq xüsusiyyət yenə də işləyəcəkdir.

Font-size elementi qısa yazılış qeydiyyatı zamanı bu xüsusiyyətin yazılması məcburdur. Əks təqdirdə brauzer font xüsusiyyətini başa düşməyə bilər. Font-family xüsusiyyətinin qeydiyyatı da məcburdur.

Beləliklə biz qısa yazılış ilə qeydiyyat aparırıqsa o zaman şriftin ölçüsü və növü hökmən qeyd edilməli digər xüsusiyyətlər isə bizim istəyimizdən asılı olaraq yazılı da bilər yazılmaya da. Beləliklə CSS in bu imkanını da öyrəndik. Bu qısa yazılış uzun uzadı kodlaşma yazmaqdan daha səmərəli və asandır.


Əfqanoğlu