• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

CSS kursu.Giriş

Sayt yaratmaq üçün nə etmək lazımdır ?

Bu kursda biz CSS-i yəni stil cədvəllərini öyrənəcəyik. Əgər sizin HTML dilindən anlayışınız yoxdursa, və ya ümumiyyətlə bu dil ilə tanış deyilsinizsə o zaman bu kursu öyrənməzdən əvvəl HTML dilini öyrənməlisiniz. Çünki stil cədvəlləri məhz HTML faylına qoşulur. o zaman sayt yaratmaq üçün nə etmək lazımdır ? Əgər siz HTML dilini bilmirsinizsə o zaman onlinekurs.az saytında HTML dili kursunu keçməlisiniz. CSS sizə profesional səviyyədə sayt yaratmaq imkanı verir.

XHTML dilinde sehifelerin formatlasdirilmasi yalniz CSS-le mümkündür. Stil cədvəli qoşulduqdan sonra brauzer BODY sahəsinə çatdıqda BODY konteyniri daxilində qeyd edilmiş bütün elementləri artıq qoşulmuş bu stil cedvelindəki göstərişlərə uyğun əks etdirəcəkdir. Məsələn stil cədvəlində qeyd edilə bilərki bütün başlıqlar qırmızı rəngdə olmalıdır, və ya stil cədvəlində qeyd edilə bilərki bütün şəkillər sağ tərəfdən əks olunmalıdır, və brauzer bu şəkilə çatan kimi onu avtomatik olaraq sağ tərəfdən əks etdirəcəkdir. Yəni dolayısı yolla stil cədvəlləri sənəddəki elementlərin necə əks olunması üçün əlavə göstərişlərdir. HTML kursunda dəfələrlə dediyimiz kimi HTML elementlərindən yalnız səhifənin karkasını yəni, skeletini yığmaq üçün istifadə edilir. Formatlaşdırmaq üçün isə CSS-dən istifadə edilir. HTML-in formatlaşdırma elementləri köhnəlmiş hesab olunsa da və onlardan istifadə etmək məsləhət görülməsədə brauzerlər HTML-in bu formatlaşdırma elementlərini hələ də dəstəkləyir və onların əks olunmasında heç bir problem yaşanmır. O zaman siz deyə bilərsinizki əgər HTML elementləri ilə formatlaşmış saytların əks olunmasında heç bir problem yaşanmırsa o zaman nəyə görə CSS-i öyrənməliyik? Bəli siz HTML ilə işlək bir sayt yaratmaq imkanınız vardır, lakin bu səhifə çox sadə bir səhifə olacaqdır. CSS isə sizə profesional səviyyədə sayt yaratmaq imkanı verir. Həmçinin CSS-in imkanları daha genişdir, buradakı funksiyaların çox hissəsi HTML elementləri ilə verilə bilmir. Digər ən önəmli məqam isə ondan ibarətdirki tutaq ki siz formatlaşdırmanı HTML elementləri ilə etmisiniz və sizin saytınınz çox kiçik bir saytdır, məsələn 10 səhifədən ibarət bir saytdır, və siz hansısa elementi tutaq ki şriftlərin rəngini başqa rənglə əvəz etmək istəyirsiniz. O zaman siz bütün bu 10 HTML səhifəsinin onunda da yenidən şriftlərin formatını edib rəngini dəyişməlisiniz. Indi isə təsəvvür edin ki, sizin saytınız 10 səhidən yox, 1000 və ya daha çox səhifədən ibarətdir. Qəbul etməlisiniz ki bütün bu səhifələrdə bir bir formatlaşma aparmaq çetin olacaq, nəticədə siz buna ən yaxşı halda bir neçə gün vaxt itirəcəksiniz, ən pis halda isə ürəyinizcə olmayan formatla razılaşıb format etməyəcəksiniz. Lakin əgər siz artıq öncədən formatlaşmanı CSS vasitəsilə etsəydiniz istənilən sayda səhifələriniz olmağına baxmayaraq CSS faylında yalnız bircə dəyişiklik etməklə siz bütün səhifələrdə avtomatik bu formatlaşmanı etmiş olacaqsınız. Nəticədə minlərlə səhifəsi olan saytı misal götürsək bu cür formatlaşmanı siz artıq bir neçə günə deyil bir neçə saniyəyə həyata keçirmiş olursunuz.

Kursu keçdikcə praktikada siz artıq CSS-in üstün cəhətlərinin şahidi olacaqsınız və sayt yaratmaq üçün nə etmək lazımdır ? sualı o qədər də qəliz bir iş və ya xüsusi qabiliyyət tələb edən bir iş olmadığını görəcəksiniz. Stil brauzerə hər hansı elementi necə əks etdirmək lazım olduğunu göstəriş verir və ya ümumilikdə həmən elementlə nə etmək lazım olduğunu da qeyd etmək mümükündür, çünki biz stil vasitəsilə elementi gizlədə də bilərik, yerini dəyişə də bilərik, ümumiyyətlə burada imkanlar genişdir və bir çox şey etmək mümkündür. Beləliklə stil cədvəli qoşulduqdan sonra brauzer BODY sahəsinə çatdıqda BODY konteyniri daxilində qeyd edilmiş bütün elementləri artıq qoşulmuş bu stil cedvelindəki göstərişlərə uyğun əks etdirəcəkdir. Məsələn stil cədvəlində qeyd edilə bilərki bütün başlıqlar qırmızı rəngdə olmalıdır, və ya bütün şəkillər sağ tərəfdən əks olunmalıdır, və brauzer bu şəkilə çatan kimi onu avtomatik olaraq sağ tərəfdən əks etdirəcəkdir. Yəni dolayısı yolla stil cədvəlləri sənəddəki elementlərin necə əks olunması üçün əlavə göstərişlərdir.

Beləliklə, düşünürəmki mən artıq CSS in nə üçün işlədildiyini qısa da olsa aydınlıq gətirə bildim, əgər sizə bu tam aydın olmadısa, heç narahat olmayın, biz CSS-i öyrəndikcə artıq praktiki cəhətdən bu texnologiyanın imkanlarının şahidi olduqca sizə hər bir amil aydın olacaqdır və sayt yaratmaq dedikdə qlobal bir proses olmadığını görəcəksiniz. Bu giriş videoda düşünürəmki bu qədər kifayətdir, sayt yaratmaq üçün nə etmək lazımdır ? sualına gəlincə ilk növbədə HTML dilini yəni, hipermətn nişanlanma dilini bilməlisiniz. Bu dil üzrə kurs da onlinekurs.az saytında mövcuddur, buyurub istifadə edə bilərsiniz. Yalnız bu dili öyrəndikdən sonra CSS kursuna başlayın. Biz artıq CSS lə tanış olduq, gələn dərsimizdən etibarən isə biz stil cədvəlini sənədimizə qoşmağı və ilk stillərimizi qeyd etməyi öyrənəcəyik.


Əfqanoğlu