• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

CSS kursu.Selektorlar 1

Bu dərsdə biz ilk CSS faylımızı HTML sənədinə qoşmağı öyrənəcəyik. LİNK teqi ordinar teqdir və ikinci bağlayıcı cütü yoxdur. LİNK teqinin bir neçə atributu vardır və biz onları hökmən qeyd etməliyik. Birincisi bu bizə artıq tanış olan HREF atributudur. Bu atribut stil cədvəlinin yerləşdiyi yeri qeyd edir. Növbəti atribut TYPE atributudur, bu atribut vasitəsilə biz HTML faylına qoşulacaq faylın tipini qeyd edirik. Digər atribut REL atributudur. Atribut ingilis dilində relationship sözünün qısaltmasıdır və burada qoşulan faylın qoçulacaq fayla münasibəti qeyd edilir. Yəni qarşılıqlı əlaqəni qeyd edirik və burada hər zaman sadəcə olaraq bir söz yazılır STYLESHEET. Bu teqdən biz hər zaman stil cədvəli qoşarkən istifadə edəcəyik. Bu teqin yazılışında sadəcə href atributu dəyişəcəkdir qalan digər atributlar hər zaman bu cür yazılacaqdır heç bir dəyişiklik edilməyəcək. Dəyişilən yalnız href atributunda stil cədvəlinin direktoriyası olacaqdır, yəni ünvanı adı və genişlənməsi. Beləliklə brauzer html səhifəsini yükləyən zaman sadəcə html faylını deyil həmçinin LİNK teqinə çatan kimi stil cədvəlini də yükləyəcək. Onu da qeyd edimki bir HTML səhifəsinə Siz istənilən sayda bu cür CSS cədvəli yəni faylı qoşa bilərsiniz. Həmçinin əksinə bir stil cədvəlini Siz istənilən sayda HTML faylına qoşa bilərsiniz. Sadəcə qoşmaq istədiyiniz HTML səhifəsində LINK atributunu qeyd etmək kifayətdir. Hər bir stil 2 hissədən ibarətdir. Selektor və xüsusiyyətlər. Xüsusiyyətlər özləri də 2 yerə bölünür qayda və onun məzmunu. Selektor adından gördüyünüz kimi tərcümədə nə isə seçən mənasında tərcümə edilir. Yəni biz HTML səhifəsində işləmək istədiyimiz yəni formatlaşdırmaq istədiyimiz elementləri seçirik. Bu abzaslar ola bilər, başlıqlar ola bilər, şəkillər və s. ola bilər.


Əfqanoğlu