• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

CSS kursu.Selektorlar 2

Keçən dərsimizdə biz 3 əsas selektorları öyrəndik. Bu dərsimizdə isə biz qrup selektorunu öyrənəcəyik. Müxtəlif tipli elementlər üçün eyni qaydalar yazılırsa o zaman qrup selektorlar üsulundan istifadə etmək olar. Burada sadəcə olaraq eyni qaydaları vermək istədiyimiz müxtəlif tipli elementləri vergül ilə ayırmaqla sadalamaq lazımdır. Burada həmçinin identifikatoru da qeyd edə bilərik. O, zaman həmən identifikator üçün də eyni qaydalar şamil ediləcəkdir. Digər selektor növü varis selektor növüdür. Növbəti selektor növü isə psevdoselektorlardır. Bu selektorlar istinadlarla işləmək üçündür. Bildiyimiz kimi istinadların bir neçə vəziyyəti olur. Beləki ilk öncə istinadlar bizdə göy rəngdə olur, üzərinə sıxdıqda qırmızı rəngə keçir, ziyarət edilmiş istinad isə bənövşəyi rəngə keçir. Məhz bu psevdovəziyyət adlanır. Deməli hər belə vəziyyət üçün biz öz stilimizi qeyd edə bilərik. Ilk növbədə istinadın standart vəziyyətini qeyd etmək lazımdır, yəni hələ ziyarət edilməmiş vəziyyətini. Artıq ziyarət edilmiş istinadın rəngini qeyd etmək üçün isə VİSİTED psevdoselektorunu qeyd edirik və mörtərizə daxilində onun rəng qaydasını yazırıq. Digər vəziyyət isə HOVER vəziyyətidir. Bu mausun kursoru istinadın üzərində olarkən veriləcək rəngdir. Ən son vəziyyət isə istinadın üzərinə klik edərkən olan vəziyyətdir. Bunun qeydiyyatı isə ACTİVE kimi aparılır. Əgər biz sadəcə olaraq istinada rəng veririksə yəni onun vəziyyətlərini qeyd etmiriksə o zaman o hər bir vəziyyətdə istiyir ziyarət edilmiş və ya edilmiş sıxdıqda və ya kursoru sadəcə onun üzərinə gətirdikdə daim eyni rəngdə olur. Əgər ümumiyyətlə biz a teqinə stil verməsək o zaman brauzer buna öz stilini verəcək. Beləki bəzi elemetlər üçün brauzer öz stilini qeyd edir. Beləliklə biz artıq əsas selektorları öyrəndik.


Əfqanoğlu