• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

CSS kursu.Şriftlər

Şriftlər

Keçən dərslərimizdə biz selektorları öyrəndik. Səhifədəki elemetləri bir neçə üsul ilə ayırmağı öyrəndik. Bu dərsimizdən isə biz artıq qaydaları yaratmağı öyrənəcəyik. Bu dərsdə biz şriftlərin dəyişdirilməsi qaydasına baxaq. Hazırda bizim HTML səhifəmiz standart şriftlə əks olunur. Bu TİMES NEW ROMAN şriftidir. Bu Windows əməliyyat sistemində və Mac OS əməliyyat sistemində də var. Və buna görə də istifadəçi bu cür sayta girəndə rahatlıqla hər bir şeyi oxuya biləcək. Çünki bu cür şrift onun sistemində quraşdırılıb. İndi isə bizim məqsədimiz bu şrifti dəyişməkdir. Onu istədiyimiz şriftlə dizayna uyğun və ya xoşumuza gələn şriftlərlə əvəz edək. Bu FONT FAMİLY qaydasının köməkliyi ilə baş tutur. Adından gordüyünüz kimi bu şriftlərin ailəsi deməkdir. Və onun xüsusiyyəti kimi biz istifadə etmək istədiyimiz şrifti qeyd edirik.

İndi isə belə bir sual meydana çıxır – hansı şriftləri istifadə etmək olar? İş burasındadırki, brauzerlər yalnız o şriftləri əks etdirə bilirki hansıki həmən şriftlər istifadəçinin əməliyyat sistemində quraşdırılıb. Tutaq ki siz sayt yaradırsınız və onu brauzerdə yoxladıqda sizin quraşdırdığınız şrift əks olunsa da sizin sayta başqa bir istifadəçi öz kompyuteri ilə daxil olduqda ola bilsinki həmən şrift onun kompyuterinin əməliyyat sistemində olmasın. Bu zaman həmən şrift onda əks olunmayacaqdır. Bu səbəbdən də seçəcəyiniz şrifti artıq qarantiya altına almalısınızki bu şrift istifadəçilərin əməliyyat sistemində də olsun. Şriftlərin xüsusiyyətlərindən biri də odurki, Siz 1 deyil bir neçə şriftlərdən istifadə edə bilərsiniz. Bu zaman brauzer ilk öncə birinci yazılan şrifti axtaracaqdır. Əgər bu şrift əməliyyat sistemində varsa o zaman ele birinci şrift ilə də əks etdirəcək. Yox əgər birinci şrifti tapmasa o zaman o ikinci şriftlə əks etdirəcəkir. Əgər o şrift də əməliyyat sistemində olmasa o zaman brauzer şrifti susmaya görə özü seçəcəkdir. Yəni vergül işarəsi qoyaraq biz bir neçə şrift qeyd edə bilərik və brauzer kompyuterə quraşdırılmış şriftləri tapana kimi ardıcıllıqla yazılan şriftləri yoxlayıb əməliyyat sistemində olan ilk şriftlə əks etdirəcəkdir.

Beləliklə bu dərsimizi də yekunlaşdıraq. Biz bu dərsdə şriftlərin qeydiyyatını öyrəndik. Çox tez tez istifadə olunan bir qayda olduğu üçün bu dərsi dərindən mənimsəməyinizi məsləhət görürəm. Şrift seçərkən biraz diqqətli olmağınızı tövsiyyə edirəm, əsas o deyilki sizin şriftlərin gözəl, qeyri standart əks olunsun. Əsas odurki saytınız işlək və hər əməliyyat sistemində, hər kompyuterdə sizin saytınıza daxil olanda standart və birtonlu olsun. Əks təqdirdə müxtəlif komputerlərdə və ya əməliyyat sistemlərində sizin saytınızı fərqli əks oluna bilmə təhlükəsi ilə qarşı-qarşıya qoya bilərsiniz.


Əfqanoğlu