• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

CSS kursu.Şriftlərin ölçüsü

Bu dərsimizdə biz şriftlərə ölçü verməyi öyrənəcəyik. Bu FONT-SİZE elementi vasitəsilə baş verir. Daha sonra isə biz bu qaydaya müəyyən xüsusiyyət veririk. Keçən dərsimizdə biz qeyd etdikki əgər biz şriftin növünü verməsək o zaman brauzer onu baza şrifti ilə susmaya görə verəcək. Eyni qayda şriftlərin ölçüsünə də aiddir. Əgər biz şriftlərə müəyyən ölçü verməsək o zaman brauzer onu baza ölçü ilə əks etdirəcəkdir. Indi isə ölçü vahidlərindən danışaq. Bir neçə ölçü vahidi vardır ki biz onlarla şriftlərin ölşülərinin qeydiyyatını apara bilərik. Faiznen ölçü verərkən baza ölçüsü ilkin olaraq 100% qəbul olunur. Yəni biz əgər FONT-SİZE:100% qeyd etsək bu o deməkdirki, ölçü verməsəkdə versəkdə bu eyni şeydi yəni baza ölçüsü faiz ölçü vahidi ilə də 100%-ə bərabərdir. Və əgər biz şriftin ölşüsünü dəyişmək istəyiriksə o zaman bu baza ölçüsünə uyğun dəyişməliyik. Növbəti ölçü vahidi EM - dir. Bunun baza ölçüsü 1em-dir. Yəni biz 100% əvəzinə 1em yaza bilərik. Digər ölçü vahidi pikseldir. Bu ən geniş yayılmış ən çox istifadə edilən ölçü vahididir. Demək olarki kod yazan vebproramistlərin 80%-i məhz piksellərdən istifadə edirlər. Piksel nə olduğunu yəqinki bilirsiniz. Bu sizin ekranınızdakı nöqtələrdi. Əgər biz ölçü qeyd etmiriksə o zaman bilinki o, 16px-ə bərabərdir. Digər ölçü vahidi punktdur. Bu PT kimi yazılır. Çox az istifadə olunan ölçü vahididir. Punktlar üçün baza ölçüsü 12ptdir. Ən son variant açar sözlərdir. Bu ümümiyyətlə istifadə olunmur. Baza ölçüsü burada MEDİUM açar sözüdür. SMALL və LARGE açar sözləri vasitəsilə biz yenə də ölçüləri dəyişə bilərik. Lakin bu qeyri produktiv bir ölçü vahidi olduğu üçün geniş yayılmayıb və demək olarki heç kəs bu ölçü vahidindən istifadə etmir. Siz müxtəlif məqalələr oxuya bilərsiniz ki orada qətiyyətlə sizi inandırmağa çalışacaqlarki məhz bu və ya digər ölçü vahidində işləmək yanlışdır və yaxud ən unikalı budur və s. lakin bütün bunlar əsassızdır. Sizə hansı rahatdırsa onunla da işləyin.


Əfqanoğlu