• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

CSS kursu. Varislik

Varislik

Bu dərsimizdə biz çox maraqlı mövzudan danışacağıq – bu varislik mövzusudur. Varislik bizim işimizi çox asanlaşdırır, lakin digər tərəfdən yeni başlayanlar bunu öyrənərkən çox zaman çaşdırırlar. Bu dərsimizdə biz bu varisliyin necə işlədiyini və bu varisliyin bizə harda yarayacağını araşdıracağıq.

Biz bütün elementlərə eyni şrift növü və ölçüsü qeyd edə bilərik. Və yaxud ayrıca selektor qeyd edib bütün elementləri vergül işarəsi qoyaraq ardıcıllıqla yazıb onlara eyni şrift növü və ölçüsü qeyd edə bilərik. Artıq bildiyimiz bu üsullarla biz səhifəmizin bütün elementlərini bu cür əks etdirməyə nail ola bilərik. Lakin, qəbul etməliyik ki, bu bir qədər uzun uzadı və səmərəsizdir. Beləki, bütün bu qeydiyyatı aparmaq vaxtımızı alcaq və əgər biz fikrimizi dəyişsək və yaxud verdiyimiz bu şrift növü və ölçüsü sadəcə olaraq xoşumuza gəlməsə biz yenidən bu elementləri tapıb hamısınında bir-bir yenidən qeydiyyatımızı dəyişməli olacağıq – bu isə çox səmərəsizdir. Lakin bütün bunları bizə etmək lazım olmayacaq, beləki, CSS də varislik vardır.

Yadınızdadırsa biz öyrənmişdik ki bir elemetin daxilində yazılan başqa bir element içərisində yazıldığı elementin sələfi, və müvafiq olaraq içərisində olduğu element özündən bir pillə üstün olan, qabaq olan elementin varisidir. Beləliklə burada xoş xəbər ondan ibarətdir ki, əgər biz sələf elemet üçün tutaq ki, BODY elementi üçün CSS də qeyd etditimiz xüsusiyyətlər avtomatik olaraq onun varisləri üçün də keçərli olacaqdır. Beləliklə qarşımızda duran məsələ səhifəmizin bütün elementlərinə eyni şrift növü və ölçüsü və eyni rəngi də qeyd etməkdir. Bunun üçün gəlin şriftin ölçüsü və növünü qeyd etdiyimiz bütün elementlərin şrift qeydiyyatını pozaq. İndi biz səhifəmizi yeniləsək onda görərik ki, bütün elementlər standart susmaya uyğun qeydiyyatla əks olundu. İndi isə biz BODY elementinə konkret şrift növü, ölçüsü və rəngi qeyd edək və görək BODY elementi daxilində olan varis elementlər həmin qeydiyyatı qəbul edəcəklər ya yox. Beləliklə stil cədvəllərində yeni selektor qeyd edək – body selektoru, və ona font: 14px, Tahoma; qeyd edək. Və color: blue; qeyd edək. Yadda saxlayaq və səhifəmizi yeniləyək. Deməli burada nə baş verdi - demək olar ki, bütün elementlər öz varislərinin xüsusiyyətlərini ya tam ya da qismən götürmüş oldu. Burada başlığımız rəng və şrift növünü götürsə də ölçüsünü dəyişmədi. Və istinadlara da fikir versəniz görərsiniz ki, onlar da, rəngini dəyişmədilər. Beləliklə biz dəqiqləşdirdik ki, bir çox elementlər varislik xüsusiyyətlərini qəbul etdi.

İndi isə istisnalardan danışaq. birinci istisna başlıqlardır, yadda saxlayın başlıqlar ölçünü sələflərindən qəbul etmirlər. Beləki, brauzerlərin özlərinin susmaya görə başlıqlar üçün qeyd edilmiş ölçüləri vardır. Bildiyimiz kimi əgər biz kodlaşmada ölçü qeyd etmiriksə o zaman susmaya görə brauzer hər zaman başlıqları digər elementlərdən ölçücə daha böyük əks etdirir və fikir versəniz qalınlığı da olur. Yəni biz varislik yolu ilə başlıqlara ölçü verə bilmərik onları yalnız birbaşa özlərinə edilən qeydiyyatla ölçülərini dəyişə bilərik. Eyni qaydalar digər istisna elementə də aiddir – bu istinadlardır. Bildiyimiz kimi brauzerlərdə istinadlar susmaya görə göy və altdan xətt çəkilmiş kimi əks olunur, və bu elementlər də varislik zamanı rəng xüsusiyyətlərini qəbul etmirlər.


Əfqanoğlu