• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Azərbaycan dili.Morfologiya

Morfologiya

Bu dərsimizdə biz Morfologiya mövzusuna baxacağıq. Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatika iki hissəyə bolunur: Morfologiya və Sintaksis. Morfologiya sözün formalarını öyrənir. Morfologiyanın əsas mövzusu nitq hissələridir.Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır. Sintaksis isə söz birləşmələrini və cümlələri öyrənir.

Nitq hissələri

Sözlər ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünür. Məsələn: ev, kitab, dəftər, qələm, çanta, məktəb və s. sözləri əşyanın adını bildirdiyi üçün isim adlanan nitq hissəsində qruplaşır. Həmin əşyaların əlamətini bildirən hündür, maraqlı, qalın, göy, qara, böyük və s. sözləri isə sifət adlanan başqa bir nitq hissəsində birləşirlər. Eləcə də hərəkət bildirən sözlərdən morfologiyada fel kimi: hərəkətin tərzini, yerini, zamanını bildirən sözlərdən isə zərf kimi bəhs olunur.

Dilimizdəki nitq hissələri əsas əlamətlərinə görə üç növə bölünür:
1. Əsas nitq hissələri,
2. köməkçi nitq hissələri,
3. xüsusi nitq hissəsi - nida.

Əsas nitq hissələrinin iki əsas səciyyəvi xüsusiyyəti var
1. Müstəqil leksik məna daşıyaraq, əşyanı, əlaməti, miqdarı, hərəkəti və s. bildirir.
2. Cümlə üzvü vəzifəsində işlənir.
Köməkçi nitq hissələrində bu xüsusiyyətlər yoxdur. Onlar yalnız qrammatik məna daşıyır. Xüsusi nitq hissəsi olan nidanın isə nə leksik, nə də qrammatik mənası var. O yalnız hiss, həyəcan bildirdiyi öçün xüsusi nitq hissəsi sayılır.

Əsas nitq hissələri

Buraya tammənalı sözlər daxildir:
1. Əşya adı bildirənlər – İsim
2. Əşyaya məxsus əlamət, keyfiyyət bildirənlər – sifət
3. Əşyaya məxsus miqdar, sıra bildirənlər – Say
4. Əşyanın hərəkətini bidirənlər – Fel
5. Hərəkətin əlamətini bildirənlər – Zərf
6. Əvəzlik – Əvəzliyin özünəməxsus mənası, morfoloji əlaməti və sintaktik vəzifəsi yoxdur. Yuxarıdakı 5 nitq hissəsinin əvəzində işlənir və hansını əvəz edirsə, onun da əlamətlərini daşıyır. Buna görə də əvəzlik əsas nitq hissəsi sayılır.

Köməkçi nitq hissələri:

1. Qoşma
2. Bağlayıcı
3. Ədat
4. Modal sözlər
Əsas nitq hissələrinə aid olan sözlərin tam mənası olur, həm leksik, həm qrammatik mənaya malik olur, morfoloji cəhətdən dəyişir, sintaktik vəzifə daşıyır. Köməkçi nitq hissələri isə yalnız qrammatik mənaya malik olur.


Əfqanoğlu