• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Azərbaycan dili. Sintaksis

Sintaksis

Sintaksis — qrammatikanın bir şöbəsidir. Sintaksis söz birləşmələri, cümlə və mətni öyrənir. Sintaksis dilin qrammatik quruluşu haqqında elm olub sintaktik vahidlər sistemini, sintaktik vahidlərin qurulması və bağlanma vasitələrini öyrənir. Sintaksis sözünün dilin sintaktik quruluşu mənası dedikdə söz birləşmələrinin və cümlələrin quruluşu başa düşülür. Son dövrlərdə mətn dilçiliyinin yaranması ilə bağlı olaraq mətn də sintaksisdə öyrənilir. Dilin sintaktik quruluşu dedikdə söz birləşməsi, cümlə ilə yanaşı, mətnin quruluşu da bura daxildir. Mətn cümlələrin bir-biri ilə əlaqələnməsi ilə yaranır. Sintaksis sözünün dilin sintaktik quruluşundan bəhs edən elm mənası dedikdə isə dilin sintaktik quruluşunu öyrənən dilçilik şöbəsi nəzərdə tutulur. Qrammatikanın bir şöbəsi olan sintaksis isə sözlərin söz birləşməsi və cümlə, cümlələrin mətn şəklində əlaqələnməsi qaydalarından bəhs edən elmdir.

Söz birləşmələri- iki və daha atıq leksik mənalı sözün məna və qrammatik cəhətdən birləşməsinə deyilir. Köməkçi nitq hissələri də söz birləşməsində iştirak edə bilər, lakin söz birəşməsinin tərəfi ola bilməz. Ayrı-ayrı sözlər kimi, söz birləşmələri də əşya və hadisələri adlandırır. Sintaksisi söz birləşmələrinin quruluş modelləri, növləri, qrammatik əlamətləri, mürəkkəb söz və cümlə yaradıcılığında rolu ətraflı nəzərdən keçirilir.

Sintaktik əlaqələr – qrammatik vasitələrin ilkin istifadəsi dövründə sözlərin sıralanması, bir-birinə yanaşması üsullarından istifadə olunmuşdur. Daha sonralar əlaqə üsulları təkmilləşmiş və qoşulma, uzlaşma, idarə əlaqələri meydana çıxmışdır. Lüğət tərkibi zənginləşdikcə sözlər arasındakı qrammatik əlaqələnmə üsulları da inkişaf etmişdir. Beləliklə, zəngin qrammatik əlaqələr sayəsində dildə müxtəlif söz birləşmələri və cümlələr formalaşmışdır.

Sintaksis - Dövlət qulluğuna hazırlıq. Azərbaycan dili


Əfqanoğlu