• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Azərbaycan dili.Söz yaradıcılığı

Bu dərsimizdə biz Söz yaradıcılığı mövzusuna baxacağıq. Dilimizdəki sözlər tərkib hissələrinə görə 2 yerə ayrılır - kök və şəkilçi. Bunlar sözün mənalı tərkib hissələridir. Sözün ayrılıqda işlənə bilən və leksik mənası olan hissəsinə kök deyilir. Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsinə isə şəkilçi deyilir. Şəkilçilər vəzifəsinə görə 2 yerə bğlünür - leksik və qrammatik şəkilçilər. Leksik şəkilçilərə sözdüzəldici şəkilçilər də deyilir. Qrammatik şəkilçilərə isə sözdəyişdirici şəkilçilər deyilir. Sözün başlanğıc forması sözün qrammatik şəkilçiyə qədər leksik mənanı ifadə edən hissəsidir. Quruluşca sözlər sadə, düzəltmə və mürəkkəb olur.


Əfqanoğlu