• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Azərbaycan dili. Zərf

Zərf

Zərf — iş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, əlamətini və s. bildirən əsas nitq hissəsidir. Zərflər necə? nə cür), nə zaman? haçan?, nə vaxt? hara? nə qədər? nə üçün? niyə? necə? və s. suallarından birinə cavab olurlar. Zərflər daha çox felin təsriflənən formaları ilə bağlı olur

Zərfin quruluşca növləri

Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Sadə zərflər bir kökdən ibarət olur: tez, gec, axşam, yuxarı, aşağı və s.

Düzəltmə zərflər kök və leksik - sözdüzəldici şəkilçidən ibarət olur. Düzəltmə zərflər, əsasən, aşağıdakı leksik şəkilçilərlə düzəlir:
ca²: yavaşca, rahatca, sakitcə, yüngülcə, rusca və s.
casına²: qəhrəmancasına, açıqcasına, igidcəsinə və s.
yana², -anə: dostyana, dahiyanə, şairanə və s.
dan²: ucadan, astadan, bərkdən, birdən, çoxdan, hərdən və s.
la²: zorla, ehtiyatla, cəsarətlə, diqqətlə və s.
akı²: yanakı, çəpəki və s.
ən: daxilən, qəsdən, ruhən, qəlbən və s.
da²: ayda, ildə, gündə, həftədə, birlikdə, təklikdə və s.

Zərf düzəldən şəkilçilərdən -casına², -la², -ən vurğu qəbul etmir.
-la² şəkilçisi -nan² şəklində tələffüz olunur. Məsələn: ehtiyatla – ehtiyatnan, təəccüblə – tə:ccübnən və s.

Mürəkkəb zərflər iki sözün birləşməsi yolu ilə düzəlir. Mürəkkəb zərflərin yaranma yolları bir neçədir:
1. Sadə sözlərin təkrarı ilə: az-az, çox-çox, ağır-ağır, asta-asta, yavaş-yavaş, yeyin-yeyin, tez-tez və s.
2. Düzəltmə sözlərin təkrarı ilə: ağıllı-ağıllı, qəmli-qəmli, yanıqlı-yanıqlı, mənalı-mənalı, dərdli-dərdli, bikef-bikef, yenicə-yenicə, indicə-indicə və s.
3. Biri və ya hər ikisi şəkilçi (əsasən, hal şəkilçisi) qəbul etmiş söz-lərin təkrarı ilə: üz-üzə, qabaq-qabağa, üst-üstə, birdən-birə, gündən-günə, ildən-ilə, haçandan-haçana, sonradan-sonraya, altdan-altdan, başdan-başa və s.
4. Antonim və ya yaxın mənalı sözlərin birləşməsi ilə: az-çox, əvvəl-axır, gec-tez, tək-tənha, dinməz-söyləməz, səssiz-səmirsiz, altdan-yuxarı, başdan-ayağa, açıq-aşkar, gecə-gündüz və s.
5. Tərəflərdən biri və ya hər ikisi ayrılıqda işlənməyən sözlərin birləşməsi ilə: az-maz, tələm-tələsik, maddım-maddım, xısın-xısın, uzun-uzadı, dizin-dizin, için-için, oğrun-oğrun və s. Son üç nümunədəki dizin, için və oğrun sözləri dilimizdə bu şəkildə ayrılıqda işlənmir.
6. Sözün təkrarı və ortada -ba2 bitişdiricisinin işlənməsi yolu ilə: anbaan, adbaad, taybatay, qarabaqara, yanbayan, dalbadal, üzbəüz, ilbəil, günbəgün və s.
7. Müxtəlif mənalı sözlərin birləşməsi ilə: dilucu, əliboş, birbaşa, gözucu, əlüstü, addımbaşı, hərdənbir, arabir, üzüyuxarı, başıaşağı, axşamçağı, gecəyarısı, bayramsayağı və s.
Son iki maddədə göstərilən mürəkkəb zərflər bitişik, qalanları isə defislə yazılır.

Zərfin mənaca növləri

Zərfin mənaca dörd növü vardır:
1. Tərzi-hərəkət zərfi
2. Zaman zərfi
3. Yer zərfi
4. Kəmiyyət zərfi

Tərzi-hərəkət zərfi

Hərəkətin icra tərzini bildirir, necə?, nə cür? suallarına cavab verir. Məsələn: Uşaq sakitcə oturmuşdur. Qatar yavaş-yavaş tərpənirdi. Əsgərlərimiz düşmənə qarşı cəhdlə vuruşdular. Şagirdlər imtahana yaxşı hazırlaşıblar və s. Tərzi-hərəkət zərfləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Tərzi-hərəkət zərfləri bəzən iş və hərəkətin keyfiyyəti mənasında da işlənir. Məsələn: yaxşı oxumaq, pis bilmək və s.

Yer zərfi

Hərəkətin icra olunduğu yeri bildirir, hara? (haraya?), harada? haradan? suallarına cavab verir. Məsələn: Əsgərlər irəli yüyürdülər. Uşaqlar geri döndülər. Içəri cavan bir oğlan daxil oldu və s. Dilimizdə ən çox işlənən yer zərfləri bunlardır: irəli, geri, yuxarı, aşağı, yaxın, uzaq, bəri, içəri, ora, bura, sağa-sola, orada-burada və s. Bu sözlərin çoxu yönlük, yerlik və çıxışlıq hal şəkilçiləri ilə işləndikdə də yer zərfləri olur: irəliyə, geriyə, uzaqda, yaxında, qabaqda, arxada, uzaqdan, geridən, oradan və s. Yer zərflərinin çoxu quruluşca sadədir.

Miqdar zərfi

Miqdar zərfi İş və hərəkətin miqdarını və ya dərəcəsini bildirir, nə qədər? sualına cavab verir. Məsələn: Uşaqlar bu gün çox xeyli çalışdılar. Qoca bir qədər pian idi dincəldi. Müəllim bu sözü bizə dəfələrlə demişdi və s. Dilimizdə ən çox işlənən miqdar zərfləri bunlardır: az, çox, xeyli, az-az, çox-çox, bir az, bir qədər, az-çox, birə-beş, az-maz, bir-bir, tamamilə, dəfələrlə və s. Miqdar zərfləri quruluşca daha çox mürəkkəb olur.

Zaman zərfi

Zaman zərfi hərəkətin baş verdiyi zamanı bildirir.


Əfqanoğlu