• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.Menyu

Excel proqramı başlıq sətrindən, standart alətlər panelindən – bu panel sizdə lentin altında da ola bilər, menu sətrindən , lentdən, düstur və ya verilənlər sətrindən, xananın adı sətrindən, sütunlardan, sətirlərdən, şaquli sürüşdürmə zolağından, üfüqi sürüşdürmə zolağından, səhifələrdən – bunlara list deyilir, səhifələr üzrə hərəkəti təmin edən düymələrdən, sənədə baxış rejimini müəyyən edən yarlıklardan, və sənədin əks olunma ölçüsünü təmin edən düymələrdən ibarətdir. Sənədin başlıq hissəsində sənədin adı və pəncərənin idarə edilməsi üçün lazım olan bağlamaq, qatlamaq və kiçildib böyütmək düymələrindən istifadə edilən düymələr vardır. Başlıq sətrindən sonra menyu bölmələrindən ibarət olan menyu sətri yerləşir. Hər hansı 1 menyu bölməsinin seçilməsi mausun göstəricisinin müvafiq bölməyə yaxınlaşdırılması və mausun sol düyməsinin basılması ilə həyyata keçirilir. Hər seçilmiş menyuya uyğun olaraq lenta da dəyişir. Xananın adı sahəsində qeyd edilən xananın adı əks olunur. Düstur və ya verilənlər sətrində qeyd edilən xananın məzmunu əks olunur. Ekranın aşağıdakı sətri proqramın vəziyyət sətri adlanır.Onun üzərində EXCELİN sənəd haqqında məlumatı görsənir. Burada səhifə, ümumi qeyd edilən xanaların cəmi, xanada verilənlərin cəmi, haqqında məlumat verilir. Vəziyyət sətrinin ekranda əks olunmasını idarə etmək üçün kursoru panelin üzərinə gətirib sag düyməni basırıq, açılan əlavə menyudan istifadə edirik.EXCELin fayl sistemi ilə işin təmin olunması üçün bir çox pəncərələrdən istifadə edilir. Onlar hamısı demək olarki bir birinə oxşardırlar. Xarici görünüşünə görə isə onlar kompyuterin əməliyyat sisteminə görə fərqlənə bilərlər.


Əfqanoğlu