• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Menyu

Word redaktə sahəsindən, sənədin başlıq sətrindən, menyu sətrindən, lentadan, sürüşdürmə zolaqlarından, sol və yuxarı hissədə ölçü xətkeşlərindən və vəziyyət sətrindən ibarətdir. Pəncərənin yuxarısında yerləşən başlıq sətri bütün Windows pəncərələrində olduğu kimi redaktə olunan faylın adından, pəncərənin adı sahəsindən, həmçinin pəncərəni idarə edən 3 düymədən ibarətdir. Başlıq sətrindən sonra menyu bölmələrindən ibarət olan menyu sətri yerləşir. Hər hansı 1 menyu bölməsinin seçilməsi mausun göstəricisinin müvafiq bölməyə yaxınlaşdırılması və mausun sol düyməsinin basılması ilə həyyata keçirilir. Hər seçilmiş menyuya uyğun olaraq lenta da dəyişir. Pəncərənin əsas sahəsini bir qayda olaraq redaktə ediləcək sənədi göstərən işçi sahəsi tutur. Ekranın aşağıdakı sətri proqramın vəziyyət sətri adlanır. Onun üzərində Wordün mətn haqqında məlumatı görsənir. Burada səhifə, sətir, səhifələrin sayı, sütun və yerinə yetirilən əməliyyat haqqında məlumat verilir. Vəziyyət sətrinin ekranda əks olunmasını idarə etmək üçün kursoru panelin üzərinə gətirib sag düyməni basırıq, açılan əlavə menyudan istifadə edirik. Word standart menyudan başqa kontekst-asılı dinamik menyu da təqdim edir.Belə ki, kontekst menyu mausun sağ klavişini basmaqla çağırılır.


Əfqanoğlu