• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Mətndə orfoqrafik səhvlərin yoxlanması

Bu dərsimizdə biz düzgün yazılışın yoxlanılmasını öyrənəcəyik. Word 2007 adətən mətn daxil edilərkən onun orfoqrafik və qrammatik yazılışının düzgünlüyünü yoxlayır. Yoxlamanın əsas parametrlərinin sazlanması da mümkündür. Düzgün yazılışın yoxlanmasını mətn daxil edilərkən və ya mətn daxil edildikdən sonra bütün sənəd üzrə aparmaq mümkündür. Düzgün yazılışı bütün dillər üçün yoxlamaq olar əgər word bu dil üzrə düzgün yazılışın yoxlanmasını dəstəkləyirsə əlbəttə. Susmaya görə ingilis, rus və alman dili dəstəklənir, lakin digər dilləri də əlavə etmək olar. Bəs word necə bilə bilərki bu söz düzgün yazılıb ya yox? Microsoft Office 2007 də əsas və əlavə lüğətlər mövcüddur. Siz sənədə mətn daxil etdikdə əlbətdə həmin dil də vəziyyət sətrində olduqda əgər müvafiq dilin lüğətləri paketdə mövcuddursa o zaman word avtomatik olaraq bu sözləri lüğətdəki sözlərlə üzləşdirir. Yoxlama zamanı sənəddə olan söz və ya sözlər lüğətdə tapılmasa o zaman yoxlamanın nəticəsi olaraq bu söz səhv kimi qeyd olunur. Lakin əgər lüğətdə hansısa söz olmasa sənəddə isə bu söz qeyd edilibsə bu artıq səhv kimi qeyd olunacaqdır. Hətta əgər söz düz yazılıbsa. Bu əsasən xüsusi adlara və terminlərə aiddir. Qrammatikanın və stilistikanın yoxlanması vord 2007-yə quraşdırılmış qaydalar əsasında aparılır. Onu da qeyd edimki Wordün düzgün yazılış qaydası imkanı istifadəçinin özü tərəfindən sənədi dəqiq yoxlamamasına əsas vermir. Hər halda bu bir proqramdır və səhvin olmayacağı istisna deyildir. Yəni wordün təqdim edilən bu imkanına etibar etməyin. Sənədə mətn daxil edərkən əgər sözün altından qırmızı dalğalı xətt çəkilirsə deməli bu sozdə orfoqrafik səhv tapılıb və ya bu söz arda arda iki dəfə təkrarlanıb. Yaşıl dalğalı xətt olarsa o zaman du sözdə və ya söz birləşməsinin müəyyən fraqmentində və yaxud bütün söz birləşməsində orfoqrafik və qrammatik səhv vardır. Səhvləri düzəltmək üçün altından xətt çəkilmiş sözün üzərində mausun sağ düyməsini vurun açılan kontekst menudan sözün düzgün yazılış formasını seçin. Sözlərin variantları o zaman təklif olunurki əgər lüğətdə bu sözə oxşar sözlər mövcüddur. Əks təqdirdə kontekst menuda – variant yoxdur qeyd ediləcəkdir. O zaman düzəlişi özünüz edin.


Əfqanoğlu