• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Səhifələrin nömrələnməsi

Worddə səhifələrin nömrələnməsi avtomatik bütün səhifələrdə aparılır. Səhifələrin nömrələnməsini bütün əksolunma rejimlərində qeyd etmək olar. Nömrələnməni qeyd etdikdən sonra sənəd avtomatik olaraq kolontitullarla iş rejiminə keçir. Nömrələnmənin seçilmiş variantından asılı olaraq nömrələnmə adi sahə kimi və ya xüsusi qrafik obyekt kimi qeyd oluna bilər. Əgər kolontitullarla iş zamanı həm cüt həm də tək səhifələr üçün ayrıca kolontitullardan istifadə edilibsə o zaman həm cüt həm də tək səhifələrin kolontitullarının hər ikisində nömrələnmənin qeydiyyatını aparmaq lazımdır. Nömrələnmə bu zaman ardıcıl olaraq qeyd ediləcəkdir.


Əfqanoğlu