• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.Verilənlərin tipləri

Verilənləri birbaşa xanalara və ya formul sətrinə daxil etmək mümkündür. Bunun üçün verilənləri daxil etmək istədiyiniz xananı əvvəlcədən seçməlisiniz, ardından isə ya həmən xanaya birbaşa və ya formul sətrindən verilənləri daxil etmək olar. Verilənləri daxil edib qurtardıqdan sonra ENTER və ya TAB düyməsi basılır. Ya da ki, ən asan üsulu sadəcə olaraq mausu başqa bir sahəyə klik etmək də mümkündür. Verilənləri daxil edərkən səhv yazılmış simvolları pozmaq da mümkündür. Kursordan soldakı simvolu pozmaq üçün BACKSPACE klavişi, kursordan sağdakı simvolu pozmaq üçün isə DELETE klavişi sıxılır. Onun da qeyd edimki kursoru xana daxilində simvollar üzrə klaviaturadakı düymələr vasitəsilə hərəkət etdirmək mümkün deyil, bu yalnız xana daxilindəki müvafiq simvolu mausun köməkliyi ilə qeyd etmək mümkündür. Klaviaturadakı ox düymələrini basdıqda biz artıq simvollar üzrə deyil, xanalar üzrə hərəkət etmiş olacağıq. Bildiyimiz kimi bütün redaktorlarda növbəti Sətrə keçmək üçün ENTER düyməsi sıxılır, lakin Excel sənədində ENTER düyməsinə sıxdıqda biz növbəti xanaya keçmiş oluruq. Susmaya görə isə əgər biz əvvəlcədən heç bir formatlaşma aparmamışıqsa o zaman daxil edilən verilənlər bir sətir kimi daxil olunacaqdır. Bir xana daxilində növbəti sətrə keçmək üçün isə ALT + ENTER düymələrinin kombinasiyası vasitəsilə baş verir. Verilənləri daxil etməkdən imtina etmək üçün ESC düyməsi düyməsi sıxılır. Xanada 32767 simvol qeyd edilə bilər. Xanalarda isə 1024 simvol əks olunur. Eyni verilənləri eyni anda bir neçə xanaya daxil etmək mümkündür. Bunun üçün eyni verilənləri daxil edəcəyimiz xanaları qeyd edib verilənləri daxil etdikdən sonra CTRL+Enter klavişlərinin kombinasiyası sıxılır. Eyni verilənləri eyni anda başqa başqa listlərdə olan eyni adlı xanalara da daxil etmək mümkündür. Bunun üçün eyni verilənləri daxil edəcəyimiz listləri qeyd edib verilənləri daxil etdikdən sonra Enter düyməsi sıxılır. Excelin bir üstünlüyü də vardır, bu avtotamamlamadır. Tutaqki biz eyni sütunda hansısa simvolları daxil ediriksə və bu simvollar həmən sütunda öncədən daxil edilibsə o zaman ilk simvolları daxil etdikdə həmin verilən seçilmiş vəziyyətdə xanada əks olunacaqdır. Bu zaman seçilmiş veriləni ENTER düyməsi və ya mausun sol düyməsini bir dəfə klik etməklə avtotamamlamadan istifadə etmiş oluruq. Beləliklə bütün simvolları əl ilə daxil etməyə lüzum qalmır, bu avtotamamlama vasitəsilə yerinə yetirilir.


Əfqanoğlu