• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Abzaslarla iş

Bu dərsimiz də biz abzaslarla iş mövzusuna baxacağıq. Abzas dedikdə basılmış bir ENTER düyməsindən digər Enter düyməsinə qədər olan hissə nəzərdə tutulur. Və yaxud sənədin başlanğıcından ENTER düyməsinə qədər olan hissə də nəzərdə tutulur. Abzaslar müxtəlif ölçüyə sahib ola bilərlər – bir sətrdən tutmuş bir çox sayda sətrlərə kimi. Həmçinin boş yəni heç bir mətni olmayan abzaslar da mövcüddur. Bir abzas üçün parametrlər verildikdə həmin abzasın seçilməsi vacib deyil, kursorun həmin abzasda yerləşməsi kifayətdir. Lakin Siz bir anda bir neçə abzas üçün parametrlər vermək istəyirsinizsə o zaman həmin abzasları seçməlisiniz. Abzasların sənəddə yerləşməsini 4 cür tənzimləyə bilərik. – sol tərəfdən, mərkəzdən, sağdan və bütün sətr boyu. Mərkəzdən yerləşməni siz həmçinin mini-alətlər panelindən də qeyd edə bilərsiniz. Bu yerləşmə əsasən başlıqlar üçün istifadə edilir. Sağ tərəfdən yerləşmə isə əsasən imza yerləri üçün qeydiyyat aparılarkən və yaxud hər hansı məktub və ya ərizə formasının başlıq formalarının qeydiyyatı zamanı istifadə edilir. Sol tərfdən və ya bütün sətr boyu yerləşmə isə adətən əsas mətn üçün istifadə edilir. Sətr boyu yerləşmə əslində fraqmentin həm sol həm də tərəfdən eyni anda yerləşməsi deməkdir. Microsoft WORD-də bu sözlər arasındakı intervalların məsafəsinin dəyişməsi əsasında baş verir. Otstupların qeydiyyatı üçün üfüqi xətkeşin bequnkilərində istifadə etmək olar. Bunun üçün bir və ya bir neçə abzası qeyd edin, və onu xətkeş boyunca sürüşdürün. əgər bu sürüşdürməni həyata keçirən zaman ALT düyməsini sıxılı saxlasanız o zaman xətkeş üzərində otstupların və sahələrin dəqiq ölçülər əks olunacaqdır. Mausun sol düyməsini buraxan kimi otstupların qeydiyyatı baş tutmuş olacaq. Sətrlərarası interval abzasdakı sətrlər arasındakı şaquli intervalın verilməsi üçündür. Sətrləarası intervallar adətən sətrlərdəki şriftlərin ölçüsünə uyğun olaraq ölçüsü olur. Beləliklə sətrlər arası intervalların ölçüsü şriftlərin ölçüsündən asılı olur. Abzaslar arasındakı intervallar sətrlərarası intervallardan böyük ola bilər. Intervalların ölçüsü mətnin oxunuşunu asanlaşdırır. Susmaya görə abzaslar arasında interval abzasa qədər və abzasdan sonra 1pt artıq olur. Böyüdülmüş intervallar başlıqlar üçün də qeyd edilir. Abzasların çərçivələnməsi başlıqların qeydiyyatı zamanı, mətndə hər hansı bir fraqmentin seçilməsi üçün və sair bu kimi hallarda istifadə edilir. Bir və ya bir neçə abzası çərçivələmək mümkündür. Çərçivələri abzasın həm bütün sərhədləri boyunca həm də bir və ya bir neçə sərhədi üzrə qeyd etmək mümkündür. Çərçivələrin parametrlərini sazlamaq da olar, məsələn onun qalınlığını, rəngini, növünü və mətnə qədər olan məsafəsini qeyd etmək mümkündür. Onu da qeyd edimki son istifadə edilən çərçivə yaddaşda saxlanılır – yəni hər dəfə açılan siyahıdan eyni əmri seçməyə ehtiyac yoxdur, sadəcə olaraq həmin düymənin üzərinə klik etmək kifayətdir. Abzasın arxa fonunun rənginin mətnin hər hansı bir fraqmentinin cəzb olunması üçün istifadə edilir. Arxa fonu bir və ya bir neçə abzasa eyni anda vermək mümkündür. Bu zaman bütün abzas boyu sol sahədən sağ sahəyə kimi arxa fon tamamilə rənglənir. Fon rəngini tünd rənglərlə qeyd edilməsi məsləhət görülmür. Bu sənədin oxunuşunu çətinləşdirəcəkdir. Fon rəngi tünd rənglə qeyd edilsə o zaman avtomatik olaraq mətnin şriftləri ağ rənglə əks oluna bilər.


Əfqanoğlu