• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.İş kitabı, onun quruluşu

Ms Office 2007 versiyasından başlayaraq XML dili əsasında faylların yeni formatı da əlavə edilmişdir. Susmaya görə Excel 2007 – də yaradılan sənədlər əvvəlki versiyalarda olduğu kimi .xls genişlənməsinin sonuna X və ya M suffiksləri əlavə edilir. X suffiksi olan sənəddə XML faylının makroslardan istifadə edilmədiyini, M suffiksi isə XML faylında makroslardan istifadə edildiyini bildirir. Buna görə də EXCEL 2007 və daha yuxarı versiyalarda sənədin adı öyrəşdiyimiz .xls deyil, .xlsx kimi qeyd edilir. XML formatlarının bir çox üstünlükləri vardır, beləki faylı avtomatik sıxılır və bəzi hallarda əvvəlki EXCEL versiyalarına nisbətən fayl 75 faizə qədər sıxıla bilir və nəticədə faylın ölçüsü az olur. Bu formatın digər üstünlüyü isə zədələnmiş faylların daha yaxşı bərpasını təmin etməkdir. Onu da qeyd edim ki yeni formatlı sənədlər EXCEL in daha öncəki versiyalarında işləmir. Onların işlənməsi üçün isə onlara ayrıca xüsusi konvertorlar quraşdırmaq lazımdır. Excel sənədi kitab adlanır. Excel sənədi çapdan çıxmayan xanalardan ibarətdir. Hər bir kitabda 255 vərəq, 256 sütun və 65536 sətr olur, və müvafiq olaraq 1677216 sayda xana vardır. Sətir və sütunun kəşisməsindən xana əmələ gəlir.


Əfqanoğlu