İngilis dili kursu müxtəlif dil səviyyələrindən olan yetkin insanların ingilis dilini
öyrənməsi üçün nəzərdə tutulub. İngilis dili kursu qarşıya qoyduğunuz məqsədlərə çatmağa və ingilis dilində əminliklə ünsiyyət qurmağınıza kömək
edir. İngilis dili kursu təhsil, iş və gündəlik məqsədlər üçün danışıq, dinləmə, oxu və yazı vərdişləri üzrə ingilis dilində ünsiyyət
bacarıqlarınızı artırır. İngilis dili kursu proqramını bitirdikdə:
İngilis dilində səlis danışacaq və ünsiyyət bacarıqlarınızı artıracaqsınız.
Gündəlik rastlaşdığınız vəziyyətlər üçün əsas ifadələri öyrənəcəksiniz.
Daha inamlı və daha az səhv etməklə ünsiyyət quracaqsınız.
Tələffüzünüz yaxşılaşacaq.
Söz ehtiyatınız zənginləşəcək.
Beləliklə biz grammar mövzusunda növbəti dərsimizə başlayırıq. İlk öncə yeni sözlər öyrənəcəyik. Biz sözlərin oxunuş qaydasını böyük mörtərizə içərisində yazacağıq. Lakin ingilis dilində bu tələffüzdəki səsləri müxtəlif simvollar vasitəsilə təqdim edirlər. Bizim qarşımıza cıxdıqca mən sizə bu barədə ətraflı izah edeceyem. Vurğunu apostrof işarəsi ilə, uzun teleffüzü isə qoşa nöqtə ile qeyd edeceyik.
Keçən dərsimizdə biz əlifbanı öyrəndik. Lakin, ingilis dilində hərflər heç də hər zaman əlifbadakı oxunuş qaydası kimi oxunmur:
“C” hərfindən sonra “e”, “i” və “y” herifleri gələrsə bu zaman “C” hərfi "s" kimi oxunur: ice, city, icy Qalan hallarda isə “C” hərfi "k" kimi oxunur: cat.
Bu qayda “G” hərfinə də aiddir: “G” hərfindən sonra “e”, “i” və “y” hərifləri gələrsə o zaman “G” herfi "dӡ" kimi oxunur: giant, age Qalan hallarda ise [g] kimi oxunur: gate, mustesna: give, get
Əgər “k” hərfindən sonra “n” hərfi gələrsə o zaman “k” hərfi oxunmur: knee; know
Əgər “w” hərfindən sonra “r” hərfi gələrsə o zaman “w” hərfi oxunmur: write, wrong
“sure” hərf birləşməsinin oxunuş qaydası "jə" kimidir: measure, leisure
“ture” hərf birləşməsinin oxunuş qaydası "t∫ə" kimidir: lecture, adventure, picture
“ch” hərf birləşməsi "t∫" kimi oxunur: chalk, chair. Lakin yunan mənşəli sözlərdə bu hərf birləşməsi "k" kimi oxunur: chemist, architect, character, school, psychology
“ph” hərf birləşməsi "f" kimi oxunur: phonetics, photo
Əgər “q” hərfindən sonra “u” hərfi gələrsə o zaman “kw” kimi tələffüz olunur: question, queen.
Ümumiyyətlə ingilis dilinin fonetikasında bu cür qaydalar çoxdur. Lakin, bu qaydaların çox olduqları qədər də müstəsna halları da mövcuddur. Bu səbəbdən mən yalnız yuxarıda verilənlərlə kifayətlənəcəyəm. Siz ingilis dili kursu nu öyrəndikcə, sözlər öyrəndikcə onun tələffüz qaydalarını da əzbərləyəcəksiniz. Beləliklə müstəsnalarla bol olan qaydaları əzbərləməkdən qurtulacaqsınız.