• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.1-dən artıq fayl ilə iş

1-dən artıq fayl ilə iş

Biz bu dərsimizdə bir neçə fayl ilə işləmək mövzusuna toxunacağıq. Bildiyimiz kimi eyni anda bir neçə Excel faylı ilə işləmək mümkündür. Lakin qəbul etmək lazımdır bu cür iş bir qədər narahatdır. Exceldə bir pəncərə daxilində eyni anda 2 kitab açmaq mümkündür. Bunun üçün “Вид” ( view) menusunun “Окно” (window) qrupundakı “Рядом” (view side by side) əmrini seçmək lazımdır. “Рядом” düyməsinin aktiv olması üçün azı 2 Excel faylı açıq olmalıdır. 2 fayldan artıq fayl açıq olduqda “Сравнить рядом”(compare side by side) dialoq pəncərəsi açılır və bu pəncərədə açmaq istədiyiniz kitabı yəni faylı seçib “OK” düyməsini sıxırsınız. Bu zaman 1 Excel pəncərəsində 2 Excel kitabı eyni anda biri üst digəri isə onun altında əks olunacaqdır. Əgər Excel kitabları əks olunmasa və yaxud əks olunub lakin Excel pəncərəsini bütün sahəsini əhatə etməsə o zaman “Вид” menusunun “Окно” qrupundakı “Восстановить расположение окна” (reset window position) əmrini seçmək lazımdır.

Açılmış kitablarda istənilən listə keçmək, ayrı ayrı listlər üçün istənilən baxış rejimləri və istənilən ölçü seçmək mümkündür. Bir anda yalnız 1 kitabın 1 listi aktiv ola bilər. Aktiv olan kitabın rəngi daha parlaq əks olunur və onda pəncərənin idarə edilməsi üçün düymələr vardır. Digər kitabın pəncərəsinə keçmək üçün isə həmin pəncərənin istənilən yerinə klik etmək kifayətdir.

Susmaya görə “Вид” münusunun “Окно” qrupundakı “Синхронная прокрутка” (synchronous scrolling) əmri seçilmiş olur. Bu əmr bir listdə mausun sürüşdürmə zolağını hərəkətə gətirdikdə digər faylın pəncərəsi də eyni anda hərəkətə gəlir. Əgər bu rejimə ehtiyac yoxdursa o zaman həmən əmrin düyməsini bir daha klik etmək lazımdır. Bir pəncərədə eyni anda 2 kitaba baxılması rejimini ləğv etmək üçün yenidən “Вид” menusunun “Окно” qrupundakı “Рядом” əmrini seçmək lazımdır.

Eyni anda bir pəncərədə açıq olan bütün excel fayllarını da əks etdirmək mümkündür. Bunun üçün “Вид” münusunun “Окно” qrupundakı “Упорядочить все” (arrange all) əmrini seçmək lazımdır. Açılacaq “Расположение окон” dialoq pəncərədə faylların Excel pəncərəsində düzülüşünü seçin.

Bəzən ele olurki bir neçə kitab və ya kitabın bir neçə listinin əks olunması rejimi ilə tez tez işləmək lazım gəlir. Eyni ölçü, pəncərələrin vəziyyəti və digər parametrləri gələcəkdə yenidən istifadə üçün bu parametrlər haqqında informasiyanı yadda saxlamaq lazımdır. Bunun üçün “Вид” menusunun “Окно” qrupundakı “Сохранить рабочую область” (save workspace) əmrini seçmək lazımdır. Açılan “Сохранить рабочую область” pəncərəsində bu informasiyanı fayl kimi yadda saxlayırsınız. Bu fayl işçi sahədəki kitabları özündə qeyd etmir sadəcə bu işçi sahədə yadda saxlanılan bütün kitablara bir növ istinad verir. Fayl .xlw genişlənməsi və Microsoft Excel faylından fərqli qoloqrama malikdir. Faylın adı və onun yadda saxlanılma yeri fayl tərəfindən açılan kitabların adı və yerləşdiyi yerdən asılı deyil.


Əfqanoğlu