• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.Faylın açılması

Bu dərsdən etibarən biz artıq fayllarla işləməyi öyrənəcəyik. Faylı açmaq üçün “Office” düyməsini sıxırıq, açılan menyudan “Open” əmrini seçirik. Açılacaq pəncərədə faylın yerləşdiyi qovluqdan lazımı faylı seçib “Open” düyməsini sixiriq, və ya sadəcə olaraq faylın üzərinə 2 dəfə klik edirik. Siz həmçinin eyni anda bir neçə faylı da aça bilərsiniz, bunun üçün açılacaq faylları seçib “Open” düyməsini sıxmaq kifayətdir. Daha əvvəllər açılmış faylı açmaq üçün isə Office menyusunun “recent documents” bölməsindən açmaq mümkündür. EXCEL 2003, EXCEL 2002 və ya EXCEL 2000 də yaradılan faylları EXCEL 2007 də açarkən avtomatik olaraq uyğunluq rejimi işə düşür. Uyğunluq rejiminin qoşulması EXCEL 2007 –nin yeni və genişlənmiş imkanlarının istifadə edilməməsinə zəmanət verir və bununla da EXCEL in daha əvvəlki versiyaları ilə işləyən istifadəçilər sənədin istənilən hissəsini redaktə edə bilərlər. Onu da qeyd edimki uyğunluq rejimində EXCEL 97-2003 versiyalarında sənədi açmaq, yadda saxlamaq və redaktə etmək mümkün olsada EXCEL 2007 –nin yeni imkanlarından istifadə etmək mümkün olmayacaqdır. Yeni sənəd Excel proqramını işə salarkən avtomatik özü yaranır. Yeni boş sənəd və ya müəyyən şablon əsasında yığılan sənəd iş prossesi zamanı yaratmaq mümkündür. Bunun üçün Office düyməsini sıxırıq və “New” əmrini seçirik.


Əfqanoğlu