• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.Formullar

Bu dərsdən etibarən biz formulları öyrənəcəyik. Bildiyimiz kimi Excel əsasən cədvəllərlə işləmək üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən müxtəlif hesablama işlərinin aparılması üçün unikal imkanları vardır. Hesablama işlərinin aparılması formullar vasitəsilə baş tutur. Formullar həmişə bərabərlik işarəsi ilə başlayırlar. Formullar funksiyalardan, xanalara olan istinadlardan, operator və konstantlardan ibarət ola bilər. Funksiya - əvvəlcədən müəyyən edilmiş formullardır, hansıki bu formullarda muəyyən hesablama işləri ardıcıllıq əsasında yerinə yetirilir. Istinad formulda istifadə edilməli olan hansısa xanaya və ya xanalar diapazonuna yönləndirir. Eyni kitabın başqa listindəki xanaya və başqa bir kitabda olan xanaya istinad vermək də mümkündür. Başqa kitabdakı xanaya olan istinada əlaqə deyirlər. Operator dedikdə hesablama növünü müəyyən edən simvollar başa düşülür. Yəni vurma, bölmə, toplama və çıxma. Riyazi operatorlardan başqa məntiqi operatorlar, müqayisə və istinad operatorları da mövcuddur. Kostant isə dəyişməz rəqəmlərdir yəni daim stabil qalan rəqəmlər. Formullar və formulların hesablanmasından əmələ gələn nəticələrə konstant deyirlər. Bundan əlavə müqayisə yəni üzləşdirmə operatorları da vardır. Bu üzləşdirmə zamanı nəticə məntiqi olur.Bundan əlavə ompersand mətn operatoru da vardir. Bu operator vasitəsilə mətnli formatı olan bir neçə xananı bir xana daxilinə qeyd etmək də mümkündür. Formulları excelin istənilən vkladkasında klaviatura və maus vasitəsilə daxil etmək mümkündür. Klaviatura vasitəsilə operatorlar, konstantlar, mötərizə işarələri və funksiyalar belə daxil edilir. Maus vasitəsilə isə formula daxil ediləcək xanalar və ya xanalar diapazonunu daxil edirlər. Klaviaturadan daxil edilən formul xanada əks olunduğu kimi formul sətrində də əks olunur. Formulda istifadə edilən xanaların rəngli çərçivə ilə əhatələnir. Formul olan xanadakı istinadların şrifti isə müvafiq xananın çərçivəsinin rəngində olur.


Əfqanoğlu