• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.İstifadəçi siyahılarının yaradılması

Sənədlə iş zamanı rahatçılıq üçün biz öz avtodoldurulma siyahımızı da yarada bilərik. Bu tez-tez istifadə etdiyimiz eyni verilənləri hər dəfə yenidən daxil edərkən onların qeydiyyatını avtodoldurulma ilə tez və rahat apara bilərik. Xanaların məzmununu dəyişmək üçün sadəcə olaraq xananı qeyd edib, yeni məzmunu daxil edirsiniz. Burada bir vacib məqamı nəzərinizə çatdırmaq istəyirəm. Exceldə daxil edilən məzmundan asılı olaraq məzmun daxil edilərkən xana məzmuna uyğun format növünü avtomatik qeyd edir. Xananın məzmununda dəyişiklik etmək lazım gəldikdə bunu formul sətrində və ya birbaşa xana üzərində etmək mümkündür. Xana üzərində etdikdə xananı qeyd edərkən mausun sol düyməsini 2 dəfə xana üzərində klik etmək lazımdır. Digər üsulu isə xananı qeyd edib F2 düyməsini sıxmaq lazımdır. Formul sətrində verilənlərdə hər hansı düzəliş edərkən mausun sol düyməsini formul sətrində klik edirik, bu zaman kursor yanıb sönəcəkdir və lazım olan düzəlişləri edirik. Excel imkanlarından biri də xanalardakı mətnin orfoqrafiyasını yoxlamaq imkanıdır. Qrammatik və stil kimi yoxlamalar həyata keçirilmir. Orfoqrafiyanı bütün listdə və ya listin müəyyən hissələrində məsələn seçilmiş sətrdə və ya seçilmiş sütunda yoxlamaq olar.


Əfqanoğlu