• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Excel kursu.Listin ayrı ayrı hissələrinə eyni anda baxış

Bu dərsdə biz listin ayrı ayrı hissələrinə eyni anda baxışı təmin etməyi öyrənəcəyik. Bəzən elə olur ki, Exceldə yaradılan cədvəl həddən artıq uzun olur və onunla işləmək narahat olur. Bu dərsdə biz listin ayrı ayrı hissələri ilə işi asanlaşdırmaq üçün Excelin təqdim edilən imkanlarına baxacağıq. Listin müxtəlif hissələrinə baxmaq və onu sürüşdürmək üçün listi şaquli və üfüqi istiqamətdə sahələrə bölmək mümkündür. Listin sahələrə bölünməsi listin ayrı ayrı hissələrinin bir birinin yanında əks edilməsinə imkan verir, bu isə listlə iş zamanı çox səmərəli olur. Məsələn, listin bir hissəsindəki verilənləri digər hissəyə yerləşdirən zaman və ya müxtəlif xanalardakı verilənləri müqayisə edən zaman istifadəçiyə xeyli rahat olur. Excel listində sətir, sütun və sahələri bərkitmək də mümkündür. Bu zaman böyük listlərdə işləyən zaman sürüşdürmə zolağını aşağı və yuxarı hərəkət etdirdikdə bərkidilmiş sətir və sütünlar həmişə görünən sahədə qalır. Yalnız sətirləri və ya sütunları və ya sətir və sütunları eyni anda bərkitmək mümkündür. Onu da qeyd edim ki, eyni anda listi sahələrə bölmək və listin sahələrini bərkitmək mümkün deyil. Müvəqqəti olaraq listin lazım olmayan sətr və sütunlarını gizlətmək olar. Bunun üçün sütunun sağ sərhəddindən tutub sütunun eni sıfıra bərabər olana qədər sola doğru çəkmək lazımdır. Analoji olaraq sətirləri də gizlətmək üçün sətirin aşağı sərhəddini yuxarıya qədər qaldırmaq lazımdır.


Əfqanoğlu